Yaponların əlifba ilə ilk tanışlığı


Əgər “Yapon dili” bölməmizdən yapon dili ilə ümumi tanışlıq məqaləsini oxumusunuzsa artıq bilirsiniz ki, yapon əlifba sisteminin başlanğıcı Çin əlifbasından gəlib. Bu tanışlığın necə olduğunu birlikdə oxuyaq;

Yaponiyanın Çinin əlifba sistemi ilə ilk necə tanış olması dəqiq tarixi ilə bəlli olmasa da, bu barədə tapılmış ən qədim dəlil Çinin Han Sülaləsindən olan imperator Guanvu tərəfindən Yaponiya Kralı Naya hədiyyə edilmiş qızıl möhürdür. (b.e 57-ci il) Bu, Yaponiya ilə əlaqəli kanci yazısının qeydə alınmış ilk yazılı sübutudur.

Qızıl möhürün üstündə nə yazılıb ?

Sağdan sola yazı bu cür oxunur :

  • 漢の委の奴の国王 (Kan no Va no Na no kokuoo )
  • Mənası : Han İmperatoru tərəfindən Yaponiya Kralına verilib.

Bu qızıl möhür ilə Fukuoka Şəhər Muzeyinə gedərək tanış ola bilərsiniz. Link : burada.

İndi isə daha maraqlı nüans ilə tanış olmağa hazırsınız ?

Möhürə diqqətlə baxaq :

Möhürdə olan  奴 kancisi hiraqana və katakana əlifbasının formalaşması dövründə istifadə olunub. Sağ tərəfdəki 又 kanci katakana ヌ (nu) olarkən, 奴  kancisi isə hiraqana  ぬ (nu) olub.

Bəs “əl” kancisini görə bilirsiniz?

Möhürə geri dönərək yenidən baxa bilərsiniz.

Maraqlıdır ? Davamı olacaq..

Müəllif : Gülşən Cabbarlı


Maraqlı və faydalı dərslər üçün yaponazyapondili.com saytını daim yeniləməyi, həmçinin dəstək olmağı unutmayın.

“Yaponların əlifba ilə ilk tanışlığı” üçün bir cavab

nanami2017 üçün bir cavab yazın Cavabı ləğv et

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.