
Gülşən Cabbarlı (Pedaqoq/Tərcüməçi)
- İxtisası: Azərbaycan Dövlət Pedaqoji Universiteti, Xarici dil müəlliməliyi
- İş təcrübəsi : Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyində PR məsləhətçisi olub. (2020-2024), KUMON metodika məktəbinin tərcüməçisi,kordinatorudur. (davam edir)
- Hazırda Yaponaz Yapon Dili Kursunun baş müəlliməsi və idarə rəhbəridir, DİM (Dövlət İmtahan Mərkəzi) yapon dili üzrə expertdir, eyni zamanda sərbəst şifahi və yazılı tərcüməçi kimi fəaliyyət göstərir.
- Pedaqoji fəaliyyəti: 12 il (2 il könüllü)
- Dəvət: Yaponiyanın Xarici İşlər Nazirliyinin(MOFA) dəvəti ilə Tokyo, Osaka, Saitama, Kyoto, Hiroşima şəhərlərində olub. (2018)
- Beynəlxalq Layihə üzrə Tərcümə təcrübəsi: Gənclər İdman Nazirliyinin “İrsi qoruyanlar” Gənclər Proqramı çərçivəsində Azərbaycan gənclərindən ibarət nümayəndə heyətilə Yaponiyada keçirilən“Osaka, Kansai Ekspo 2025” sərgisində Azərbaycan pavilyonunda fəal iştirak edib. (2025), TBS kanalının filmi: Yaponiya-Azərbaycan birgə layihəsi VİVANT 2 filminin şifahi və yazılı tərcüməçisi olub.(2024-2025), TBS kanalının “Sekai kurabete mitara” verilişinin şifahi tərcüməçisi olub. (2025), TryTree Yaponiya şirkətinin “Yapon dili Tərcüməçiləri” üçün hazırladığı saytın idea rəhbəri, Azərbaycan üzrə tərcüməçisi və koordinatorudur.(davam edir), Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) Yaponiyanın Torpaq, İnfrastruktur, Nəqliyyat və Turizm Nazirliyinin müşaviri Şiomi Hideyukinin, eyni zamanda URLinkage şirkətinin yapon-ingilis dili üzrə tərcüməçisi olmuşdur.(2026)
- Saytları: yaponazyapondili.com
- Yapon dilində səviyyə: JLPT N1 (ən yüksək səviyyə) (Bal: 154/180)
- Sertifikatları: 1.Tokyo Universitetinin onlayn olaraq təşkil etdiyi “İnteraktiv tədris” və “6 dəqiqəlik mikro təhsil” üzrə iki kursunu müvəfəqiyyətlə bitirmişdir. Tarix: 18 yanvar, 2026-cı il. (2 sertifikat) 2. Tokyo Universitetinin onlayn olaraq təşkil etdiyi“Akademik yapon dili” üzrə iki kursunu müvəfəqiyyətlə bitirmişdir. Tarix: 22 dekabr, 2022-ci il / 10 fevral, 2023-cü il. (2 sertifikat) 3. Udemy kurslarının təşkil etdiyi, cənab Haranın təlimçisi olduğu “Yüksək səviyyəlilər üçün İşgüzar Yapon Dili” kursunu tamamlayıb. Tarix: 22 dekabr, 2024-cü il. 4. Lomonosov adına Moskva Dövlət Universitetinin, həmçinin Yaponiyanın Rusiyadakı Səfirliyinin təşkilatçılığı ilə 2016 və 2018-ci illərdə keçirilmiş “Yapon dili və yapon dilinin metodikası” adlı konfranslarında iştirak etmişdir.
- Aktiv olaraq Mineko Arai tərəfindən hər ay təşkil olunan “Dünya Yapon Dili müəllimləri” platformasında iştirak edir.
- Təşəkkürnamə: 6 oktyabr, 2023-cü il tarixində Yaponiyanın Azərbaycan Respublikasındakı səfiri cənab Vada Cuniçi tərəfindən uzun illər ərzində yapon dili və mədəniyyətinin təbliğ olunması ilə çox saylı Yaponiya pərəstişkarlarının olmasında, Yaponiya ilə Azərbaycan dostluq əlaqələrinin inkişafına böyük töhfələr verdiyi üçün “Təşəkkürnamə” verilib.

Ləman Əliyeva (Pedaqoq/Tərcüməçi)
- Təhsil: Step It Academy (Graphic Design)
- İş təcrübəsi: YaponAz-da müəllim kimi fəaliyyət göstərir. (2 il)
- Tərcüməçi: Azərbaycanda keçirilən müxtəlif tədbirlərdə tərcüməçi, həmçinin yapon qonaqlara tur bələdçisi kimi fəaliyyətini davam etdirir. Bu rol çərçivəsində, o, yapon dilini mükəmməl bilən mütəxəssis kimi tanınır.
- Yapon dili səviyyəsi: JLPT N1 (ən yüksək səviyyə)
- Beynəlxalq təcrübə: Tokyo, Hiroşima, Kagoşima, Kyoto, Okinavada olmuşdur.
- Sertifikatlar və nailiyyətlər : Tokyo Universitetinin müəllimlik sertifikatı (2025), Attain Dil Məktəbinin JLPT N1 proqramı sertifikatı (2026) , Mai Maeharanın təlimçiliyi ilə İşgüzar Yapon Dili sertifikatı (2026), JLPT N1 (Beynəlxalq Yapon Dili Sertifikatı) 2025, Sülh Proqramının qalibidir (2025).

Nuray Rəhimli (Pedaqoq/Tərcüməçi)
- Təhsil: Azərbaycan Dillər Universiteti (Beynəlxalq Münasibətlər və Regionşünaslıq: Yaponiya üzrə)
- İş təcrübəsi: Tərcüməçi və Nəqliyyat Koordinatoru – Tokyo Broadcasting System (TBS), Yaponiya–Azərbaycan film layihəsi (2025) Təcrübəçi – Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi, Şərqi Asiya İdarəsi (2024), Yapon dili müəllimi –2021~, Beynəlxalq Tələbə Assistenti, Komanda üzvü – McDonald’s Japan, Yaponiya (2022–2023)
- Tərcüməçi: Tokyo Broadcasting System (TBS) film layihəsində yapon, ingilis və azərbaycan dilləri üzrə şifahi tərcümə. Yaponiya–Azərbaycan əməkdaşlığı çərçivəsində rəsmi görüşlərdə və müxtəlif layihələrdə tərcüməçilik. Yapon qonaqlar üçün tur bələdçiliyi və mədəniyyətlərarası kommunikasiya.
- Yapon dili səviyyəsi: JLPT N2 (yüksək səviyyə)
- Beynəlxalq təcrübə: 2022–2023-cü illərdə Yaponiyada təhsil almış və iş təcrübəsi qazanmışdır. Tokyo, Tsukuba, Kyoto, Osaka, Nara, şəhərlərində olmuş, beynəlxalq və multikultural mühitdə işləmək və ünsiyyət qurmaq təcrübəsi əldə etmişdir.
- Sertifikatlar və nailiyyətlər : Tsukuba Universiteti mübadilə proqramının iştirakçısı.Bakı Yapon Dili Natiqlik Müsabiqəsinin iştirakçısı. Yaponiya–Azərbaycan əlaqələrinin inkişafına yönəlmiş mədəni, akademik və beynəlxalq tədbirlərdə fəal iştirakıçısı.
Yapon dilini öyrənmək istəyirsiniz? Yaponaz Yapon Dili Kursu ilə başla! Peşəkar müəllimlər, fərqli səviyyələr, interaktiv dərslər və Yaponiyanın mədəniyyətini dərindən öyrənmək imkanı! Yapon dilində sərbəst danışmaq üçün bizə qoşulun!
Əlaqə:
📞 +994 50 503 74 80 (vatsap)
📧 yaponaz2014@gmail.com
Yapon dilinə ilk addımınızı Yaponaz ilə atın!