Etiket: yaponiyada
-
Nəyəsə başlayanda tez bezirsiniz ?

İlk başlarda çox maraqlı fikir kimi gəlir, ya da yeni başlanğıclar üçün özünüzü hazır hiss edirsiniz, amma daha sonra başladıqdan sonra heç cürə arxasını gətirə bilmirsinizsə siz tək deyilsiniz! Çünki bu cür insanlar o qədər çoxdur ki, yapon dilində bunu ifadə edəcək söz belə var!
-
Bekarçılıqdan yeyirsinizsə bu sözü bilməlisiniz!

Çox ac deyilsiniz amma nə edəcəyinizi bilməyib, elə nə isə yemək istəyənlərdənsinizsə yaxın əyləşin, çünki yeni öyrənəcəyimiz söz tam sizlikdir! “Yapon dilində belə söz də var!” deyə biləcəyiniz, hər kəsi öz söz bazanızla təəccübləndirəcək dərsimizi elə indi oxumağa başlayın:
-
Çoxlu kitab alan amma oxumayanlar mütləq bunu sona kimi oxusun.

Hər kəsin həyatı boyu sahib olduğu və ya adət halına gətirdiyi maraqlı vərdişləri olur. Bunlara bir çox misal gətirmək olar, lakin onlardan biri var ki, bu vərdişə bir çox insanın sahib olduğunu deyə bilərik.
-
Yaponlar da “haradasan?” deyir ?

Xanım Yuki ilə danışanda çox maraqlı və bir o qədər də əyləncəli bir an yaşadıq. Tez-tez “haradasan” sözünü eşitdiyini dedi. Təbii olaraq, hamının niyə “Cənab/Xanım Harada” dediyini maraq edib.
-
Yaponların əlifba ilə ilk tanışlığı

Əgər “Yapon dili” bölməmizdən yapon dili ilə ümumi tanışlıq məqaləsini oxumusunuzsa artıq bilirsiniz ki, yapon əlifba sisteminin başlanğıcı Çin əlifbasından gəlib. Bu tanışlığın necə olduğunu birlikdə oxuyaq;
-
Heroqlifin (kancinin) tısbağa ilə nə əlaqəsi var ?!

Oxuduqlarınıza inana bilməyəcəksiniz! Bu dəfə sizi daha keçmişə, yaponların ilk əlifbasının yarandığı tarixə gedəcəyik, həmçinin o dövr üçün adi, indiki dövr üçün qeyri-adi faktlarla tanış edəcəm. Elə isə getdik!
-
YaponAz Elektron Yaponiya jurnalı (4-cü bölüm)

“Yaponiyanı heç bu cür bilmirdim!” deyəcəyiniz, bir günün içində oxuyub bitirəcəyiniz məqalələr bir səhifədə! Bu jurnalın fərqliliyi ondan ibarətdir ki, yalnız bir səhifədə qalaraq bir-birindən maraqlı məqalələr ilə tanış ola bilərsiniz.
-
Niyə yaponlar “romaci” əlifbasına yox deyirlər ?

Bəlkə də romaci əlifbası ilə yazılan kitabçalar, dərsliklər ilə qarşılaşmısınız. Əsasən amerikalı yapon dili pedaqoqları tərəfindən yazılan bu kimi kitabçalar yenidən gündəmə məşhur Youtube bloqeri olan Yuta Aoki tərəfindən gəldi.
-
YaponAz Elektron Yaponiya jurnalı (3-cü bölüm)

Maraqlı, bir o qədər də informativ iki bölümün sonunda, nəhayət ki, sıra üçüncü bölümə gəlib çatdı. Bu jurnalın fərqliliyi ondan ibarətdir ki, yalnız bir səhifədə qalaraq bir-birindən maraqlı məqalələr ilə tanış ola bilərsiniz.
-
YaponAz yapon dili kursu
Dərslərimiz tamamilə sizin hədəflərinizə əsaslanır. Giriş səviyyəsi: JLPT N5-dən (Başlanğıc) JLPT N1-ə kimi (Yuxarı), bütün səviyyələr üçün uyğundur.
-
YouTube-da izləyə biləcəyiniz 7 maraqlı anime siyahısı

YouTube kanalında maraqlı anime izləmək, həm də yapon dilini inkişaf elətdirmək istəyirsiniz? Siyahıda göstərilən anime siyahısı rəsmi YouTube kanallarıdır ki, orada yerləşdirilən animelərin bütün bölümləri var.
-
Sənin İlk Heroqlif Kitabın ( Basic Kanji Book Azərbaycan dilində)

Yapon dili öyrənməyə başlayanların ilk əlinə aldıqları kitab “Minna no Nihongo” dərsliyi olduğu kimi, heroqlif kitabı dedikdə heç şübhəsiz ilk ağıla gələn kitab “Basic Kanji Book” kitabıdır. Əgər siz də “kaş ki ana dilində tərcüməsi olardı..” demisinizsə paylaşıma keçid edə bilərsiniz.