Etiket: yaponiyada
-
Yapon dilində dinləmə qabiliyyətinizi inkişaf etdirəcək 20 Youtube Kanalı

Yapon dilində dinləmə qabiliyyətini inkişaf etdirmək üçün ən yaxşı YouTube kanallarını tapmaq istəyirsinizsə, doğru ünvandasınız! YouTube müasir dünyada dil öyrənmək üçün ən effektiv platformalardan biridir. Həm əylənərək, həm də dərin biliklərə sahib olaraq yapon dili dinləmə bacarıqlarınızı inkişaf etdirə bilərsiniz. Bu yazıda, məhz dinləmə qabiliyyətinizi artırmaq üçün seçilmiş ən yaxşı 20 YouTube kanalını təqdim edirəm.…
-
Yapon dilini “Super varlı” serialı ilə öyrən!

“Super Rich” 2021-ci ildə yayımlanmış Yaponiyanın dram serialıdır və varlı insanların həyatına fərqli bir baxış təqdim edir.
-
Yaponiyanın “işin denşin” mədəniyyəti: sözdən daha çox hisslər

Yaponiyada çox vaxt sözdən daha çox hisslər vasitəsilə ünsiyyət qurmağa üstünlük verilir. Bu, yapon mədəniyyətinin özünəməxsus və qədim ünsiyyət metodu olan 以心伝心 (işin denşin) anlayışı ilə əlaqədardır. Bəs işin denşin nədir və onun yapon cəmiyyətindəki rolu nədir? Bu yazıda həm bu termini, həm də onun Yaponiyanın mədəniyyətində necə işlədiyini araşdıracağıq.
-
“Mottainai” – İsrafçılığa qarşı yapon ifadəsi dünyanı necə fəth etdi?

Mədəniyyətlərarası ünsiyyətdə bəzi ifadələr var ki, onlar başqa dillərə tərcümə edilməkdə çətinlik çəkir. Bu ifadələrdən biri də yapon dilindəki “Mottainai”dır. Bu yazıda “Mottainai” ifadəsinin mənasını, tarixi köklərini və dünyaya necə yayıldığını öyrənəcəksiniz.
-
İtmiş xatirələr və sirli keçmiş: “Dearest” detektiv serialı

Yaponiyada 2021-ci ildə yayımlanan “Dearest” (Saiai) sirli romantik triller janrında mükəmməl bir serialdır. Bu serial, təkcə maraqlı hadisələr zəncirini deyil, həm də emosional dərinliyi və insanın keçmişi ilə üzləşməsinin ağrısını heyrətləndirici şəkildə təqdim edir.
-
Yapon dilinin təbiət sehrləri: təbiətin duyğularını əks etdirən 4 unikal söz

Hər dəfə təbiətə baxanda içimizdə izahı çətin olan duyğular yaranır. Bəs bu duyğuları ifadə edən sözlər varmı? Yapon dilində var! Yaponiyada təbiətlə mədəniyyət o qədər iç-içədir ki, təbiətin ən incə anları belə xüsusi sözlərlə ifadə edilir. Bu yazıda yaponların təbiətlə necə dərin bağ qurduğunu göstərən unikal sözlərdən bəhs edəcəyik. Oxumağa davam edin və bu təbiət…
-
Yapon dilində müraciət forması: “san”, “kun”, “çan” və digərləri

Yapon mədəniyyətində nəzakət qaydaları gündəlik həyatın ayrılmaz bir hissəsidir və bu qaydalar müxtəlif müraciət formaları ilə ifadə olunur. Əgər anime izləyirsinizsə və ya manga oxuyursunuzsa, yəqin ki, -san, -kun, -çan, -sensei kimi müraciət formalarını eşitmisiniz. Gəlin bu yazıda bu formaların necə və nə üçün istifadə edildiyini öyrənək.
-
Yaponlar niyə telefonla danışanda “moşi-moşi” deyirlər?

Yaponiyada telefon zənglərinə cavab vermək asan görünə bilər. Çoxlarımız “moşi-moşi” ifadəsi ilə tanışıq, ancaq hər zəngdə bu ifadəni işlətmək uyğun olmaya bilər. Telefon zənginə cavab verməyin bir neçə fərqli üsulu var və hər birinin öz kontekstinə uyğun şəkildə istifadəsi vacibdir. Bu yazıda “moşi-moşi” ifadəsinin mənasını, nə vaxt istifadə edildiyini və digər formal cavab üsullarını araşdıracağıq.
-
Yaponla tanış olanda adı ilə müraciət etməyə tələsməyin!

Yapon adları və onların yazılışı ilə bağlı bəzi maraqlı qaydalar var. Əgər siz də Yaponiyaya səyahət etməyi düşünürsünüzsə, yapon dostlarınız varsa, ya da sadəcə yapon mədəniyyəti ilə maraqlanırsınızsa, bu fərqli ad qaydaları sizi təəccübləndirə bilər!
-
Yaponiya dedikdə “Nihon” oxunuşunu görməyəcəyiniz sözlər!

Yaponiya sözü yapon dilində “nihon” və ya “nippon” olsa da, bu dəfə sizlərə təqdim edəcəyim Yaponiya ilə bağlı olan sözlərin oxunuşunda “nihon” və ya “nippon” oxunuşuna rast gəlmirik.
-
YaponAz Elektron Yaponiya jurnalı (7-ci bölüm)

Bu dəfəki jurnalımız sizi daha qədimlərə, Nincaların və Samurayların dövrünə aparıb çıxaracaq. Bu bölüm daha spesifik olaraq ninca və samuray haqqında olub, geniş məlumat əldə etməyinizə vəsilə olacaq. Bir neçə səhifə açmağınıza ehtiyac yoxdur! Elə bir səhifədə qalaraq hamısını eyni anda oxuya bilərsiniz.
-
Sənin ilk Yapon Dili Söz Lüğətin (Minna no Nihongo (1) Azərbaycan dilində)

Yapon dilini yeni öyrənməyə başlayanların ilk söz lüğəti! Sözlər tamamilə yapon dili öyrənənlərin ilk istifadə etdiyi Minna no Nihongo kitabının birinci hissəsinə aiddir. Bu sözləri yapon dilinə yeni başlayanlar, həmçinin Minna no Nihongo kitabını istifadə edənlər öyrənə bilər.