Etiket: yaponaz yapon dili
-
Yaponiyanın “işin denşin” mədəniyyəti: sözdən daha çox hisslər

Yaponiyada çox vaxt sözdən daha çox hisslər vasitəsilə ünsiyyət qurmağa üstünlük verilir. Bu, yapon mədəniyyətinin özünəməxsus və qədim ünsiyyət metodu olan 以心伝心 (işin denşin) anlayışı ilə əlaqədardır. Bəs işin denşin nədir və onun yapon cəmiyyətindəki rolu nədir? Bu yazıda həm bu termini, həm də onun Yaponiyanın mədəniyyətində necə işlədiyini araşdıracağıq.
-
“Mottainai” – İsrafçılığa qarşı yapon ifadəsi dünyanı necə fəth etdi?

Mədəniyyətlərarası ünsiyyətdə bəzi ifadələr var ki, onlar başqa dillərə tərcümə edilməkdə çətinlik çəkir. Bu ifadələrdən biri də yapon dilindəki “Mottainai”dır. Bu yazıda “Mottainai” ifadəsinin mənasını, tarixi köklərini və dünyaya necə yayıldığını öyrənəcəksiniz.
-
İtmiş xatirələr və sirli keçmiş: “Dearest” detektiv serialı

Yaponiyada 2021-ci ildə yayımlanan “Dearest” (Saiai) sirli romantik triller janrında mükəmməl bir serialdır. Bu serial, təkcə maraqlı hadisələr zəncirini deyil, həm də emosional dərinliyi və insanın keçmişi ilə üzləşməsinin ağrısını heyrətləndirici şəkildə təqdim edir.
-
Hədiyyələrə təvazökarlıq qatan yapon ifadələri: “bu elə də maraqlı hədiyyə deyil amma..”

Yapon mədəniyyəti təvazökarlığı və incəlikləri ilə tanınır. Bu mədəniyyətin ən maraqlı tərəflərindən biri də hədiyyə vermə ənənəsidir. Hədiyyə verərkən sadəcə hədiyyənin özü deyil, istifadə olunan sözlər də önəmlidir. Bu məqalədə, yaponların hədiyyə verərkən istifadə etdiyi “つまらないものですが (oxunuşu: tsumaranai monodesqa)”, yəni “bu kiçik bir şeydir, amma” ifadəsinin sirrini kəşf edəcəksiniz.
-
Yapon dilinin təbiət sehrləri: təbiətin duyğularını əks etdirən 4 unikal söz

Hər dəfə təbiətə baxanda içimizdə izahı çətin olan duyğular yaranır. Bəs bu duyğuları ifadə edən sözlər varmı? Yapon dilində var! Yaponiyada təbiətlə mədəniyyət o qədər iç-içədir ki, təbiətin ən incə anları belə xüsusi sözlərlə ifadə edilir. Bu yazıda yaponların təbiətlə necə dərin bağ qurduğunu göstərən unikal sözlərdən bəhs edəcəyik. Oxumağa davam edin və bu təbiət…
-
Yaponiyada işləmək istəyənlər üçün ən yaxşı Işgüzar Yapon Dili resursu

Əgər başlanğıc səviyyəsindən irəliləmək istəyirsinizsə, ya da Yaponiyada iş tapmaqla maraqlanırsınızsa və ya yaponlarla işləmək istəyirsinizsə, bu sayt sizin üçündür!
-
Yalnız yaponların bildiyi “may xəstəliyi”

May ayı üçün yeni planlar qurmusunuz lakin heç cürə ardını gətirə bilmirsiniz? May ayında insanların motivasiyasız olmasını yaponlar bir sözlə ifadə edir. Gəlin daha ətraflı tanış olaq.
-
Yaponiyada görəcəksiniz! [2-ci hissə]
![Yaponiyada görəcəksiniz! [2-ci hissə]](https://yaponazyapondili.com/wp-content/uploads/2023/10/20231014_021139_0000.png?w=1024)
Yaponiyada gündəlik həyatda rastlaşdığınız və ya rastlaşacağınız, mənalarını bilmək istədiyiniz sözlərin izahını burada tapa bilərsiniz: