Etiket: Yapon dili kursu
-
FEEL 度 WALK: Addımlarını yavaşlat, həyatı kəşf et

Bəzən həyatın gözəllikləri bizim gözümüz önündə gizlənir. Tələsməkdən onları görmürük.
-
Şagirdlər üçün möhtəşəm fürsət!

Hörmətli şagirdlər, Sizi böyük məmnuniyyətlə İncəsənət Yazarı Mükafatına dəvət edirik! Bu beynəlxalq inşa müsabiqəsində iştirakçılar yapon dilində yazırlar.
-
Yapon ədəbiyyatında tez-tez qarşılaşdığımız atalar sözü

Hər bir insan həyatının müəyyən dövrlərində həm xoşbəxtlik, həm də çətinliklərlə qarşılaşır. Yapon xalq müdrikliyində bu həqiqəti çox sadə və təsirli şəkildə əks etdirən bir ifadə var: 「楽あれば苦あり」 (raku areba ku ari) “Rahatlıq varsa, əzab da var.” Bu ifadə həyatın dəyişkənliyini və heç bir vəziyyətin əbədi olmadığını xatırladır.
-
Bu simvolların mənası nədir?

松竹梅 (oxunuşu: matsu-take-ume) yapon mədəniyyətində çox qədimdən bəri istifadə edilən bir simvolik ifadədir. Bu üçlü ifadə şam (松 – matsu), bambuk (竹 – take) və ərik çiçəyi (梅 – ume) ağaclarını təmsil edir. Sözügedən üç bitki Yaponiyada uzaqgörənlik, möhkəmlik və ümid anlayışlarını özündə birləşdirir və çox zaman birlikdə istifadə olunur.
-
Manqa Dünyasında parla!

Yaponiya Xarici İşlər Nazirliyi tərəfindən təşkil edilən “19-cu Yaponiya Beynəlxalq Manqa Müsabiqəsi”nə müraciətlərə rəsmi olaraq start verilib. Manqa sənətinə beynəlxalq səviyyədə marağın artırılması məqsədilə keçirilən bu müsabiqə dünyanın müxtəlif ölkələrindən olan manqa sənətkarlarını bir araya gətirir.
-
Yaponiyada təqaüdlə təhsil al!

Yaponiyada təhsil almaq istəyirsiniz amma ödənişə görə narahat olursunuz? Potensialınızı dəyərləndirmək və Azərbaycan-Yaponiya arasında körpü olmaq istəyirsinizsə bu proqramlar sizin üçündür!
-
Sənin Aşağı Səviyyə Söz Lüğətin (Minna no Nihongo (2) Azərbaycan dilində)

Yapon dili öyrənənlər üçün əvəzsiz vəsait!Buradakı material “Minna no Nihongo” dərsliyinin 26-cı dərsindən 50-ci dərsinə qədər olan bütün vacib sözlərini əhatə edir. Hər bir söz orijinal yaponca yazılışı, kana (oxunuş) və azərbaycanca tərcüməsi ilə birlikdə təqdim olunub. Bu söz siyahısını həm yeni başlayanlar, həm də aşağı səviyyəli öyrənənlər üçün gündəlik təkrar və yadda saxlama üçün…
-
Azərbaycanda JLPT imtahanına qeydiyyat başladı!

Azərbaycanda Yapon dili bilik səviyyəsini rəsmi şəkildə təsdiqləmək istəyənlər üçün mükəmməl fürsət! Bu il Yapon dili Səviyyə İmtahanının (JLPT) 6 iyul 2025-ci il (bazar günü) tarixində keçirilməsi planlaşdırılır. Bu beynəlxalq tanınan imtahan yapon dili biliklərinizi qiymətləndirmək və sertifikat almaq üçün ən etibarlı yoldur.
-
23-cü Bakı Yapon Dili Natiqlik Müsabiqəsi üçün qeydiyyat başladı!

Yapon dilində bacarıqlarınızı nümayiş etdirmək fürsətini qaçırmayın! İstər tələbə, istərsə də ümumi kateqoriyada iştirak edərək öz nitq qabiliyyətinizi sınayın.
-
Yapon Dili üzrə 27-ci Beynəlxalq Yazı Müsabiqəsi

Yapon dilini sevənlər və öyrənənlər üçün əla fürsət! 27-ci Yapon Dili Yazı Müsabiqəsinə dəvətlisiniz.
-
Manqada istifadə edilən シーン “şiin” nə deməkdir ?

Yapon manqalarında, qəhramanların danışığından savayı şəkillərin içində də sözlər yazılır. Məsələn シーン “şiin”, バコーン “bakoon”, バギューン “bagyuun” və sairə. Bəs bu シーン “şiin” sözünün mənası nədir?
-
Yaponların sevimli dörd kancili deyimləri

Yapon dilində 四字熟語 (よじじゅくご) “yocicukuqo” adlanan 4 kancidən istifadə edərək düzəldilmiş, xüsusi məna daşıyan sözlər vardır. Lakin “焼肉定食”(yemək yerlərində servis),“駐車禁止” (dayanacaqda maşın saxlamaq olmaz) və s. kimi 4 kancidən ibarət sözlər yocicukuqo adlanmır.