Etiket: yapon
-
Yaponlarla dostluq qurmaq çətindir?

Yaponlar haqqında tez-tez “soyuq və uzaq insanlar” kimi təsəvvürlər yaranır. Bəzən turistlər və yeni tanış olanlar onların gülümsəməməsindən və çox danışmamasından şikayət edirlər. Ancaq bu davranışın arxasında yapon cəmiyyətinə xas çox maraqlı mədəni və tarixi səbəblər var. Bu mövzunu Tokoha Universitetinin professoru Rumi Sei öz araşdırmalarında incələyib.
-
2004-cü ildə Sky Rose Garden cinayəti: “N” kimdir ?

2004-cü ilin sakit bir gecəsində, Tokyo səmasının yüksəkliklərində, 48-ci mərtəbədə yerləşən Sky Rose Garden adlı möhtəşəm göydələndə qorxunc bir hadisə baş verir.
-
Niyə biz “Japan” yox, “Yaponiya” deyirik?

Bir çox ölkə adları dilə, tarixə və mədəniyyətlərarası təmaslara əsaslanır. Yaponiyanın adı da bu qaydadan kənar deyil. Dünyanın əksər yerlərində “Japan” deyildiyi halda, Azərbaycan da daxil olmaqla postsovet ölkələrində “Yaponiya” termini işlədilir. Bu fərqin arxasında çox maraqlı tarixi hadisələr dayanır. Gəlin bu suala cavab verək: Niyə biz “Japan” yox, “Yaponiya” deyirik?
-
Yaponlar niyə telefonla danışanda “moşi-moşi” deyirlər?

Yaponiyada telefon zənglərinə cavab vermək asan görünə bilər. Çoxlarımız “moşi-moşi” ifadəsi ilə tanışıq, ancaq hər zəngdə bu ifadəni işlətmək uyğun olmaya bilər. Telefon zənginə cavab verməyin bir neçə fərqli üsulu var və hər birinin öz kontekstinə uyğun şəkildə istifadəsi vacibdir. Bu yazıda “moşi-moşi” ifadəsinin mənasını, nə vaxt istifadə edildiyini və digər formal cavab üsullarını araşdıracağıq.
-
Heroqliflərin yerini dəyişsək?

Bəzi sözlərin heroqlifləri var ki, onların yerlərini dəyişdikdə fərqli sözlərə çevrilir. Öz oxunuşları da təbii ki, yerlərini dəyişir. Həmin sözlər hansılardır?
-
Yaponlar niyə “Nou maskalı” deyə tənqid olunur?

Yaponlar tez-tez xaricilər tərəfindən “duyğusuz”, “mimikası bilinməyən”, “düşüncələrini açıq şəkildə göstərməyən” kimi tənqid olunur. Bütün bu fikirlərə açıqlamanı NHK kanalının yapon dili proqramının müəllifi, həmçinin Tokoha Universitetinin professoru Rumi Sein verəcək. Gəlin oxuyaq:
-
Niyə yaponlar “romaci” əlifbasına yox deyirlər ?

Bəlkə də romaci əlifbası ilə yazılan kitabçalar, dərsliklər ilə qarşılaşmısınız. Əsasən amerikalı yapon dili pedaqoqları tərəfindən yazılan bu kimi kitabçalar yenidən gündəmə məşhur Youtube bloqeri olan Yuta Aoki tərəfindən gəldi.
-
JLPT imtahanı haqqında hərşey
Beynəlxalq sertifikat verəcək yapon dili imtahanı axtarırsınız ? Bəs heç JLPT imtahanı haqqında eşitmisiniz ? Cavabınız “yox”-dursa daha ətraflı məqaləni açaraq oxuya bilərsiniz.
-
Yapon dilində ən çox edilən səhvlər (1)

Yapon dili öyrənənlərin yapon dilində danışarkən ən çox etdiyi səhvləri və yaponlar tərəfindən edilən düzəlişləri bilmək istəyirsinizsə posta keçid edin. Dəftər, qələmi unutmayın.
-
ちがう sözü ilə bağlı bütün problemləri həll edirik!

Demək olar ki, yapon dili öyrənənlərin yapon dilində danışarkən istəmədən də olsa etdikləri səhvlərdən biri 違い sözüdür. Çünki Azərbaycan dilinə tərcümə etdiyimiz zaman cümlədə rolu sifət olsa da, yapon dilində bu söz sifət deyil. Gəlin, bir-bir, ən xırda detalına kimi bu sözü araşdıraq.
-
Külək zınqırovlarının səsi..

Külək əsir, hardasa uzaqdan tanış və bir o qədər xatirələrə götürüb aparan “zınq, zınq” səs gəlir..Bu nə səsidir belə? Yaponiyanın hər yerində eşidilən səsə qulaq asaraq məqaləni oxuyaq: