Etiket: nihon yoxsa nippon
-
“Nippon” yoxsa “Nihon”?

Heç düşünmüsünüzmü, niyə yaponlar öz ölkələrinin adını çəkəndə bəziləri “Nippon”, bəziləri isə “Nihon” deyir? Tokyo və Osakada 日本橋 – “Yapon Körpüsü” adlanan yer var, hansı ki, Tokyoda bu körpüyə “Nihonbaşi”, Osakada isə “Nipponbaşi” deyirlər. Bundan başqa 1000 yenlik əskinasın arxa tərəfində Yaponiya Bankı “Nippon Ginkou” sözü yazılıbdır. Əskinasları buraxan Yaponiya Bankının rəsmi adı “Nippon Ginkou”dur.