Etiket: jlpt
-
Heroqliflərin yerini dəyişsək?

Bəzi sözlərin heroqlifləri var ki, onların yerlərini dəyişdikdə fərqli sözlərə çevrilir. Öz oxunuşları da təbii ki, yerlərini dəyişir. Həmin sözlər hansılardır?
-
Öyrənməyin yaşı yoxdur deyirsinizsə..

Məktəb və ya universitet bitsə belə yenə də öz üzərinizdə işləməkdən yorulmursunuzsa, “yeni şeylər öyrənmək məni həyəcanlandırır” deyirsinizsə yapon dilində bu sözü bilməlisiniz. Çünki bu söz elə sizi izah edir.
-
“Yox” demədən “yox” deyən yaponlar

Yaponlar üçün nəzakətli görünmək əsasdır, buna görə də yapon dilində nəzakətli formada “yox” mənasında işlənən lakin hərfi tərcüməsi “yox” olmayan bir çox söz var. Təbii ki, dostlar və yaxınlar arasında “yox”, “alınmır”, “mümkün deyil”, “edə bilmərəm” kimi sözləri işlətmək olar. Yəni bu cür hallarda istifadə oluna biləcək “yox”, “olmaz” sözü daha çoxdur.
-
Yaponlara görə ən uğursuz rəqəmlər bunlardır.

Nə qədər batil inanc sayılsa da, yaponlar üçün rəqəmlərin insan həyatında önəmi böyükdür. Çünki bəzi rəqəmlərin oxunuşları mənfi aura yaradır ki, onlar da bu cür rəqəmlərdən qaçırlar. Hansı rəqəmlərdir?
-
Nəyəsə başlayanda tez bezirsiniz ?

İlk başlarda çox maraqlı fikir kimi gəlir, ya da yeni başlanğıclar üçün özünüzü hazır hiss edirsiniz, amma daha sonra başladıqdan sonra heç cürə arxasını gətirə bilmirsinizsə siz tək deyilsiniz! Çünki bu cür insanlar o qədər çoxdur ki, yapon dilində bunu ifadə edəcək söz belə var!
-
Bekarçılıqdan yeyirsinizsə bu sözü bilməlisiniz!

Çox ac deyilsiniz amma nə edəcəyinizi bilməyib, elə nə isə yemək istəyənlərdənsinizsə yaxın əyləşin, çünki yeni öyrənəcəyimiz söz tam sizlikdir! “Yapon dilində belə söz də var!” deyə biləcəyiniz, hər kəsi öz söz bazanızla təəccübləndirəcək dərsimizi elə indi oxumağa başlayın:
-
Çoxlu kitab alan amma oxumayanlar mütləq bunu sona kimi oxusun.

Hər kəsin həyatı boyu sahib olduğu və ya adət halına gətirdiyi maraqlı vərdişləri olur. Bunlara bir çox misal gətirmək olar, lakin onlardan biri var ki, bu vərdişə bir çox insanın sahib olduğunu deyə bilərik.
-
Yaponlar da “haradasan?” deyir ?

Xanım Yuki ilə danışanda çox maraqlı və bir o qədər də əyləncəli bir an yaşadıq. Tez-tez “haradasan” sözünü eşitdiyini dedi. Təbii olaraq, hamının niyə “Cənab/Xanım Harada” dediyini maraq edib.
-
Yaponların əlifba ilə ilk tanışlığı

Əgər “Yapon dili” bölməmizdən yapon dili ilə ümumi tanışlıq məqaləsini oxumusunuzsa artıq bilirsiniz ki, yapon əlifba sisteminin başlanğıcı Çin əlifbasından gəlib. Bu tanışlığın necə olduğunu birlikdə oxuyaq;
-
Niyə yaponlar “romaci” əlifbasına yox deyirlər ?

Bəlkə də romaci əlifbası ilə yazılan kitabçalar, dərsliklər ilə qarşılaşmısınız. Əsasən amerikalı yapon dili pedaqoqları tərəfindən yazılan bu kimi kitabçalar yenidən gündəmə məşhur Youtube bloqeri olan Yuta Aoki tərəfindən gəldi.
-
Mövzular üzrə hazır nümunə cümlələr (1)

Hazır cümlələri oxumaq yapon dilində oxuma bacarığını inkişaf etdirir, həmçinin yapon dilində düşünmə qabiliyyətini sürətləndirir, danışarkən daha sürətli danışmağa köməkçi olur.
-
YaponAz yapon dili kursu
Dərslərimiz tamamilə sizin hədəflərinizə əsaslanır. Giriş səviyyəsi: JLPT N5-dən (Başlanğıc) JLPT N1-ə kimi (Yuxarı), bütün səviyyələr üçün uyğundur.