Etiket: bloq
-
Bu simvolların mənası nədir?

松竹梅 (oxunuşu: matsu-take-ume) yapon mədəniyyətində çox qədimdən bəri istifadə edilən bir simvolik ifadədir. Bu üçlü ifadə şam (松 – matsu), bambuk (竹 – take) və ərik çiçəyi (梅 – ume) ağaclarını təmsil edir. Sözügedən üç bitki Yaponiyada uzaqgörənlik, möhkəmlik və ümid anlayışlarını özündə birləşdirir və çox zaman birlikdə istifadə olunur.
-
Kancinin niyə iki oxunuşu var ?

Minilliklər əvvəl Çindən gələn yazı işarələri Yaponiyanın mədəniyyətinə daxil olanda, onlar təkcə mənanı deyil, həm də səsi gətirdilər. Zaman keçdikcə yerli yaponlar bu işarələri öz dillərinə uyğunlaşdıraraq, onlara yeni nəfəs verdilər. Nəticədə hər “kanci” həm yad bir səslə, həm də doğma yapon ahəngi ilə oxunmağa başladı.Gəlin, “kanci”nin iki oxunuşunun arxasında gizlənən tarixi, mədəni sirləri və…
-
Yaponlarla dostluq qurmaq çətindir?

Yaponlar haqqında tez-tez “soyuq və uzaq insanlar” kimi təsəvvürlər yaranır. Bəzən turistlər və yeni tanış olanlar onların gülümsəməməsindən və çox danışmamasından şikayət edirlər. Ancaq bu davranışın arxasında yapon cəmiyyətinə xas çox maraqlı mədəni və tarixi səbəblər var. Bu mövzunu Tokoha Universitetinin professoru Rumi Sei öz araşdırmalarında incələyib.