Etiket: atalar sözü
-
İtin sadiqliyi, sözün hikməti: yapon dilində atalar sözləri

Yaponiyada itlər Coumon dövründən etibarən tanınmış və insanlar tərəfindən sevilmişdir. Coumon dövrü bundan 12000 il əvvəl başlayıb, 2400 il əvvələ qədər davam etdiyi düşünülür. Coumon dövründə istifadə olunan şeylər, həmçinin yemək qalıqları, heyvan sümükləri və s. torpağın içindəki çuxurlarda qalmışdır. Həmin qalıntılardan it sümükləri də tapılmışdır.