
Oflayn dərslərimiz üz-üzə formatda keçirilir və tələbələrin yapon dilini daha effektiv mənimsəməsi üçün sistemli proqram əsasında təşkil olunur. Həm fərdi, həm də qrup dərslərimiz mövcuddur və dərslər 60 dəqiqəlik müddət üzrə təqdim edilir. Kiçik qruplar (3–5 nəfər) sayəsində hər bir tələbəyə fərdi diqqət göstərilir və dərs zamanı aktiv iştirak təmin olunur.
Dərslər qrammatika, danışıq, yazı və oxu bacarıqlarını paralel şəkildə inkişaf etdirməyə yönəlib. Tələbələrə dərs materialları təqdim olunur (PDF halında) və onların inkişafı müəllim nəzarəti ilə mütəmadi şəkildə izlənilir.
Dərslərimiz yalnız Azərbaycan dilində deyil, eyni zamanda ingilis və rus dillərində də tədris olunur. Bu isə hər bir tələbəyə özünə ən uyğun dil mühitində yapon dilini rahat və effektiv şəkildə öyrənmək imkanı yaradır.
