
MEXT proqramına hazırlaşmaq istəyənlər üçün xüsusi hazırlıq dərsləri təqdim edirik. Bu proqram Yaponiyada təhsil almaq istəyən (bakalavr, magistr, doktorantura) tələbələr üçün nəzərdə tutulub və yüksək səviyyəli hazırlıq tələb edir.
Dərslər fərdi formatda keçirilir və tələbənin məqsədinə uyğun şəkildə planlaşdırılır. Hazırlıq prosesi çərçivəsində yapon dili bilikləri ilə yanaşı, imtahan mərhələləri, müsahibə hazırlığı və akademik bacarıqlar üzərində də işlənilir.
Proqram zamanı qrammatika, oxu, yazı və danışıq bacarıqları inkişaf etdirilir, eyni zamanda real imtahan formatına uyğun məşqlər tətbiq olunur. Tələbələrə materiallar təqdim edilir (PDF) və müəllim tərəfindən davamlı nəzarət və yönləndirmə təmin olunur.
Aşağıdakı xidmətlərdən də seçim edə bilərsiniz:
- Konsultasiya
- Yapon dili hazırlığı
- Tədqiqat planı yazma qaydaları dərsləri
- Müsahibə hazırlığı
Bu hazırlıq proqramı MEXT müraciət prosesində daha inamlı və uğurlu nəticə əldə etmək istəyənlər üçün nəzərdə tutulub.