
Onlayn dərslərimiz istənilən yerdən qoşula biləcəyiniz rahat və effektiv tədris formatıdır. Dərslər canlı şəkildə keçirilir və sistemli proqram əsasında təşkil olunur.
Onlayn tədris yalnız fərdi formatda keçirilir. Bu sayədə dərslər tam şəkildə tələbənin səviyyəsinə və məqsədlərinə uyğun qurulur, daha sürətli və effektiv nəticə əldə edilir.
Dərslər 60 dəqiqə davam edir və qrammatika, danışıq, oxu və yazı bacarıqları paralel şəkildə inkişaf etdirilir. Tələbələrə dərs materialları təqdim olunur ( PDF halında ) və müəllim tərəfindən mütəmadi dəstək göstərilir.
Dərslər Azərbaycan dili ilə yanaşı, ingilis və rus dillərində də keçirilir. Bu isə hər bir tələbəyə özünə uyğun mühitdə yapon dilini rahat şəkildə öyrənmək imkanı yaradır.
