
Gülşən Cabbarlı (Pedaqoq/Tərcüməçi)
- İxtisası: Azərbaycan Dövlət Pedaqoji Universiteti, Xarici dil müəlliməliyi
- İş təcrübəsi : Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyində PR məsləhətçisi olub. (2020-2024), KUMON metodika məktəbinin tərcüməçisi,kordinatorudur. (davam edir)
- Hazırda Yaponaz Yapon Dili Kursunun baş müəlliməsi və idarə rəhbəridir, eyni zamanda sərbəst şifahi və yazılı tərcüməçi kimi fəaliyyət göstərir.
- Pedaqoji fəaliyyəti: 12 il (2 il könüllü)
- Dəvət: Yaponiyanın Xarici İşlər Nazirliyinin(MOFA) dəvəti ilə Tokyo, Osaka, Saitama, Kyoto, Hiroşima şəhərlərində olub. (2018)
- Beynəlxalq Layihə üzrə Tərcümə təcrübəsi: Gənclər İdman Nazirliyinin “İrsi qoruyanlar” Gənclər Proqramı çərçivəsində Azərbaycan gənclərindən ibarət nümayəndə heyətilə Yaponiyada keçirilən“Osaka, Kansai Ekspo 2025” sərgisində Azərbaycan pavilyonunda fəal iştirak edib. (2025), TBS kanalının filmi: Yaponiya-Azərbaycan birgə layihəsinin şifahi və yazılı tərcüməçisi olub.(2024-2025), TBS kanalının “Sekai kurabete mitara” verilişinin şifahi tərcüməçisi olub. (2025), TryTree Yaponiya şirkətinin “Yapon dili Tərcüməçiləri” üçün hazırladığı saytın idea rəhbəri, Azərbaycan üzrə tərcüməçisi və koordinatorudur.(davam edir)
- Saytları: yaponazyapondili.com
- Yapon dilində səviyyə: JLPT N1 (ən yüksək səviyyə) (Bal: 154/180)
- Sertifikatları: 1.Tokyo Universitetinin onlayn olaraq təşkil etdiyi “İnteraktiv tədris” və “6 dəqiqəlik mikro təhsil” üzrə iki kursunu müvəfəqiyyətlə bitirmişdir. Tarix: 18 yanvar, 2026-cı il. (2 sertifikat) 2. Tokyo Universitetinin onlayn olaraq təşkil etdiyi“Akademik yapon dili” üzrə iki kursunu müvəfəqiyyətlə bitirmişdir. Tarix: 22 dekabr, 2022-ci il / 10 fevral, 2023-cü il. (2 sertifikat) 3. Udemy kurslarının təşkil etdiyi, cənab Haranın təlimçisi olduğu “Yüksək səviyyəlilər üçün İşgüzar Yapon Dili” kursunu tamamlayıb. Tarix: 22 dekabr, 2024-cü il. 4. Lomonosov adına Moskva Dövlət Universitetinin, həmçinin Yaponiyanın Rusiyadakı Səfirliyinin təşkilatçılığı ilə 2016 və 2018-ci illərdə keçirilmiş “Yapon dili və yapon dilinin metodikası” adlı konfranslarında iştirak etmişdir.
- Təşəkkürnamə: 6 oktyabr, 2023-cü il tarixində Yaponiyanın Azərbaycan Respublikasındakı səfiri cənab Vada Cuniçi tərəfindən uzun illər ərzində yapon dili və mədəniyyətinin təbliğ olunması ilə çox saylı Yaponiya pərəstişkarlarının olmasında, Yaponiya ilə Azərbaycan dostluq əlaqələrinin inkişafına böyük töhfələr verdiyi üçün “Təşəkkürnamə” verilib.

Nuray Rəsulzadə (Pedaqoq/ Tərcüməçi)
- İxtisas: Bakı Dövlət Universiteti, Yaponşünaslıq
- Xaricdə Təhsili: Gunma Universitetində Mübadilə Proqramı ilə 1 il təhsil alıb. (təqaüdlə)
- Pedaqoji fəaliyyəti: 2022-ci ildən etibarən müəllim kimi çalışır. (3 il)
- Yaponiya Səfirliyinin Bakı Yapon Dili Natiqlik Müsabiqəsində 1-ci yerə layiq görülmüşdür.
- Yapon dilində səviyyə: JLPT N2 (yuxarı səviyyə)
- Təcrübə: Nippon Production (tərcüməçi), Osaka EXPO 2025 (GİN heyət üzvü), COP29 (deleqasiya xidmətləri üzrə asistent), StudyLab Xaricdə Təhsil Mərkəzi (beynəlxalq əlaqələr üzrə menecer), 74-cü Beynəlxalq Astronavtika Konqresi (tərcüməçi).
- Yaponiya Səfirliyinin keçirdiyi tədbirlərdə aktiv iştirak edir.(“Ağac əkmə” tədbiri və Yaponiya mədəniyyəti festivalında koordinator, 30-cu Azərbaycan-Yaponiya Dostluq ilində spiker, Budo festivalında koordinator)
- Nuray xanım yapon dilindən həm tərcüməçi, həm də bələdçi kimi də fəaliyyət göstərir.

Günel Məlikova (Pedaqoq/ Tərcüməçi)
- İxtisası: Azərbaycan Dillər Universiteti (Regionşünaslıq: Yaponiya)
- Xaricdə Təhsil: Yaponiya Tsukuba Universiteti (Humanity and Social Sciences – Japanese)
- Pedaqoji fəaliyyəti: 3 il
- Yapon dilində səviyyə: JLPT N2 (yuxarı səviyyə)
- Yaponiya Fondu nəzdində Yaponiya Səfirliyinin təşkil etdiyi “Bakı Yapon dili Natiqlik Müsabiqəsi”ndə 2-ci yerin qalibi olmuşdur.
- Belarusiyanın Minsk şəhərində keçirilən Yaponiya Fondunun təşkil etdiyi GUAM ölkələri Natiqlik Müsabiqəsində iştirak etmiş, fərqlənmə sertifikatı əldə etmişdir.
- 2018-ci ildən etibarən müxtəlif biznes sahəsinə aid yapon şirkətlərində tərcüməçi kimi çalışmış, həmçinin müxtəlif sərgi və təşkilatlarda tərcüməçilik etmişdir.

İbrahim Əliyev (Pedaqoq / Tərcüməçi)
- Təhsil: Azərbaycan Dillər Universiteti (Yaponiya üzrə Regionşünaslıq ixtisası)
- İş təcrübəsi: Yapon dili üzrə instruktor və tur bələdçisi (2025)
- Tərcüməçi: Tobitani Uşaq Araşdırmaları İnstitutu və Quantum sürətli oxuma təlimləri (hal-hazırda)
- İş təcrübəsi Yaponiyada: Tokyo və Nagoya şəhərlərində (2024)
- Tərcüməçi: RIZIN Döyüş Federasiyası, Texniki və Production şöbəsi (2023)
- Beynəlxalq təcrübə: Yaponiyanın Tokyo, Kyoto, Nagoya, Nara, Osaka, Şizuoka, Fukuoka, Onomiçi, Hiroşima, Tomonoura şəhərlərində olmuşdur.
- Sertifikatlar və nailiyyətlər : Bakı Yapon Dili Natiqlik Müsabiqəsinin iştirakçısı, JLPT N3 (112/180 bal) , Yaponiya ilə bağlı tədbirlərdə iştirak və töhfələrə görə sertifikatlar.

Ləman Əliyeva (Pedaqoq/Tərcüməçi)
- Təhsil: Step It Academy (Graphic Design)
- İş təcrübəsi: YaponAz-da müəllim kimi fəaliyyət göstərir. (1 il)
- Tərcüməçi: Azərbaycanda keçirilən müxtəlif tədbirlərdə tərcüməçi, həmçinin yapon qonaqlara tur bələdçisi kimi fəaliyyətini davam etdirir. Bu rol çərçivəsində, o, yapon dilini mükəmməl bilən mütəxəssis kimi tanınır.
- Yapon dili səviyyəsi: JLPT N1 (ən yüksək səviyyə)
- Beynəlxalq təcrübə: Tokyo, Hiroşima, Kagoşima, Kyoto, Okinavada olmuşdur.
- Sertifikatlar və nailiyyətlər : Tokyo Universitetinin müəllimlik sertifikatı (2025), Attain Dil Məktəbinin JLPT N1 proqramı sertifikatı (2026) , Mai Maeharanın təlimçiliyi ilə İşgüzar Yapon Dili sertifikatı (2026), JLPT N1 (Beynəlxalq Yapon Dili Sertifikatı) 2025, Sülh Proqramının qalibidir (2025).
Yapon dilini öyrənmək istəyirsiniz? Yaponaz Yapon Dili Kursu ilə başla! Peşəkar müəllimlər, fərqli səviyyələr, interaktiv dərslər və Yaponiyanın mədəniyyətini dərindən öyrənmək imkanı! Yapon dilində sərbəst danışmaq üçün bizə qoşulun!
Əlaqə:
📞 +994 50 503 74 80 (vatsap)
📧 yaponaz2014@gmail.com
Yapon dilinə ilk addımınızı Yaponaz ilə atın!