
Yapon dili kursumuz strukturlaşdırılmış tədris sistemi və praktik yanaşma əsasında fəaliyyət göstərir. Kursun əsas məqsədi tələbələrə dili yalnız öyrətmək deyil, onu real ünsiyyətdə istifadə edə biləcək səviyyəyə çatdırmaqdır.
Tədris prosesi tələbənin səviyyəsinə uyğun planlaşdırılır və inkişaf mərhələləri sistemli şəkildə izlənilir.

Dil öyrənənlər üçün əsas meyarlar bunlardır: nəticə, müəllim keyfiyyəti və etibarlı mühit. Tədris modelimiz məhz bu üç amil üzərində qurulub.
- Kiçik tərkibli qruplar və fərdi dərslər;
- Müəllim nəzarətinin yüksək olması;
- Sistemli proqram və aydın inkişaf mərhələləri;
- Danışıq bacarığına real fokus.
Yapon dili dörd əsas bacarıq üzrə paralel tədris olunur:
- Yazı (heroqliflər daxil olmaqla);
- Danışıq və tələffüz;
- Dinləmə;
- Oxu və mətn anlama.
Bu yanaşma tələbələrin dili balanslı şəkildə mənimsəməsini təmin edir.
Kursda dil tədrisi ilə yanaşı praktik metodlardan istifadə olunur:
- Vizual söz kartları;
- Film və animasiya materialları;
- Real dialoqlar və situasiya tapşırıqları;
- Qrup işləri;
- Danışıq bacarığını gücləndirən “sürətli oxuma” məşqləri.
Danışıq dərsləri yalnız yerli müəllimlərlə deyil, qonaq yapon müəllimlərin iştirakı ilə keçirilir. Bu, tələbələrə dili real mühitdə eşitmək və istifadə etmək imkanı yaradır.
Tələbələrin bilik və bacarıqları:
- müntəzəm testlər;
- praktik tapşırıqlar;
- aktiv imtahanlar.
vasitəsilə qiymətləndirilir. İnkişaf prosesi müəllimlər tərəfindən nəzarətdə saxlanılır.


