Kateqoriya: Maraqlı yapon dili
-
Yaponiyada iş e-poçtuna necə başlamaq olar?

Yaponiyada işgüzar ünsiyyət sadəcə məlumat ötürməkdən ibarət deyil. Burada hər söz, hər ifadə qarşı tərəfə olan hörmətin və münasibətin göstəricisidir. Xüsusilə də iş e-poçtları yazılarkən bu mədəniyyət özünü açıq şəkildə göstərir.
-
Xəstəliklər baş alıb gedir. Yapon dilində “tez sağalın” necə deyək?

Yapon dili öyrənənlərin mütləq bilməli olduğu 「お大事に」 ifadəsini kəşf edin. Bu sadə, lakin çox işlədilən sözün əsl mənasını, real həyatda necə istifadə edildiyini və düzgün cavab formasını öyrənərək!
-
Kuidaore : Yeməkdən müflis olmaq

Yapon dilindəki “kuidaore” (食い倒れ) sözü həm əyləncəli, həm də dərin mənalı ifadələrdən biridir və yeməksevərlər arasında çox məşhurdur. Bu söz, “o qədər çox yemək ki, cibində pul qalmasın” mənasına gəlir. Əslində, bu ifadə yeməyi həyatın əsas zövqlərindən biri hesab edən insanlar üçün deyilib.
-
İtin sadiqliyi, sözün hikməti: yapon dilində atalar sözləri

Yaponiyada itlər Coumon dövründən etibarən tanınmış və insanlar tərəfindən sevilmişdir. Coumon dövrü bundan 12000 il əvvəl başlayıb, 2400 il əvvələ qədər davam etdiyi düşünülür. Coumon dövründə istifadə olunan şeylər, həmçinin yemək qalıqları, heyvan sümükləri və s. torpağın içindəki çuxurlarda qalmışdır. Həmin qalıntılardan it sümükləri də tapılmışdır.
-
Manqada istifadə edilən シーン “şiin” nə deməkdir ?

Yapon manqalarında, qəhramanların danışığından savayı şəkillərin içində də sözlər yazılır. Məsələn シーン “şiin”, バコーン “bakoon”, バギューン “bagyuun” və sairə. Bəs bu シーン “şiin” sözünün mənası nədir?
-
Yaponların sevimli dörd kancili deyimləri

Yapon dilində 四字熟語 (よじじゅくご) “yocicukuqo” adlanan 4 kancidən istifadə edərək düzəldilmiş, xüsusi məna daşıyan sözlər vardır. Lakin “焼肉定食”(yemək yerlərində servis),“駐車禁止” (dayanacaqda maşın saxlamaq olmaz) və s. kimi 4 kancidən ibarət sözlər yocicukuqo adlanmır.
-
Pişiklərlə bağlı ifadələr

Pişikləri sevən insanlar çoxdur, xüsusən də Yaponiyada. Yaponiyaya pişiklər təxminən Nara dövründə (710-784) Avropa qitəsindən gətirilib. Siçanlar buddist sutralarını parçaladıqları üçün, sutraları qorumaq məqsədilə pişiklərin gətirildiyi deyilir. Pişiklər əzəldən Yaponiyada yaşamış heyvanlar olmayıblar.
-
“Nippon” sözü necə yaranıb?

Yaponiyaya və yapon dilinə marağı olan şəxslər çox yaxşı bilir ki, “Yaponiya” sözü yapon dilində “nihon” deməkdir və bu ad, heroqlif ilə 日本 kimi yazılır. Yazı sistemində 2000-dən çox heroqlif olan bu ölkənin adında niyə məhz bu heroqliflər seçilib, gəlin birlikdə öyrənək!
-
Isti başda ağıl olmaz ?

Yapon dilində qədim hikmətlər çox dərindir və həyatın müxtəlif tərəflərini əks etdirir. Bu gün sizə daxili gücümüzü göstərən bir ifadə haqqında məlumat paylaşmaq istəyirəm.
-
Yaponiyada görəcəksiniz [3-cü hissə]
![Yaponiyada görəcəksiniz [3-cü hissə]](https://yaponazyapondili.com/wp-content/uploads/2024/10/maraqli-yapon-dili-1.png?w=1024)
Yaponiyada gəzərkən müxtəlif ictimai yerlərdə, küçələrdə və dükanlarda qarşınıza çıxan yazılar çox vaxt sadə, lakin maraqlı mənalar daşıyır. Bu yazıda, gündəlik həyatda görəcəyiniz üç fərqli yazını nəzərdən keçirəcəyik.
-
Bu sözün tərcüməsi “veteran” deyil!

Yapon dilində çoxlu sayda sözlərin kökləri başqa dillərdən gəlir, xüsusilə də katakana ilə yazılan bu sözlər xarici mənşəli terminləri ifadə etmək üçün istifadə olunur. Bugünkü mövzumuz yapon dilində məşhur olan və tez-tez işlədilən ベテラン (veteran) sözüdür. Bu söz, dil öyrənənlər və yapon mədəniyyətini yaxından tanımaq istəyənlər üçün maraqlı anlayışlar yaradır.
-
“Davamlılıq uğura aparır!” ən məşhur yapon atalar sözü

Yapon dilində atalar sözləri (ことわざ, kotovaza) dərin mənalar daşıyan ifadələrdir və mədəniyyətin ayrılmaz bir hissəsidir. Bunlardan biri olan 継続は力なり (けいぞくはちからなり, keizoku va çikara nari) çox təsirli və dəyərli bir həyat dərsini verir.