FEEL 度 WALK: Addımlarını yavaşlat, həyatı kəşf et 


Bəzən həyatın gözəllikləri bizim gözümüz önündə gizlənir. Tələsməkdən onları görmürük.

Amma bir an dayanıb diqqətlə baxanda dünya tamamilə dəyişir.

📅 Tarix: 21 sentyabr 2025

🕙 Vaxt: 10:00 – 14:00

📍 Məkan: 10:00-da YaponAz-da hamı toplaşır. Jalə Plaza, ikinci mərtəbə (MİQ mərkəzi)

1. Tədbir proqramı

🚶‍♀️ 30 dəqiqəlik yavaş gəzinti: hər addımda yeni bir kəşf.

🔍 Detallara fokuslanma: küçənin, daşların, işıqların, kölgələrin içində gizlənmiş incəlikləri görəcəksiniz.

📸 Foto çəkiliş: bu dəfə başqaları üçün yox, özünüz üçün. Ətrafdakı marağınızı çəkən hər şeyi çəkə bilərsiniz, öz şəklinizi çəkmək olmaz.

🎨 Yaradıcı an: seçdiyiniz fotonu “Çizu” illüstrasiyasına çevirin və öz baxış bucağınızı rənglərlə ifadə edin.

2. Tədbirin gedişatı

Bu tədbir yalnız bir dəfəlik deyil!

👉 Hər ay keçiriləcək: sentyabr, oktyabr, noyabr.

🌟 Və dekabrda bütün əsərlər bir sərgidə nümayiş olunacaq!

Bu sərgi sizin iziniz, baxışınız və hisslərinizlə dolu olacaq.

3. Lazımı ləvazimatlar:

👉 İştirakçılar mütləq öz yazı ləvazimatlarını gətirməlidirlər: qələm, karandaş, rəngli karandaş, marker və s.

📄 Kağız isə tərəfimizdən təmin ediləcək, gətirməyə ehtiyac yoxdur.

💡 Niyə qoşulmalı?

Özünü daha yaxşı tanımaq üçün. Dünyaya fərqli bucaqdan baxmaq üçün. Sadəcə bir gəzinti deyil, ruha toxunan bir təcrübə yaşamaq üçün. Və əlbəttə ki, öz yaradıcılığınızı sərgi salonuna daşımaq üçün.

Əlaqə: 👩‍🏫 Maki sensei: (+994) 50 365 39 76

Podcastı dinlə:

Bir şərh yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.