“Nippon” sözü necə yaranıb?


Yaponiyaya və yapon dilinə marağı olan şəxslər çox yaxşı bilir ki, “Yaponiya” sözü yapon dilində “nihon” deməkdir və bu ad, heroqlif ilə 日本 kimi yazılır. Yazı sistemində 2000-dən çox heroqlif olan bu ölkənin adında niyə məhz bu heroqliflər seçilib, gəlin birlikdə öyrənək!

Yaponiyaya “Gündoğan ölkə” deyilməsi əbəs deyildir. Səbəbi isə bu iki heroqlifin birləşməsindən irəli gəlir. Yaponlar öz ölkələrinin adını “Nippon” və yaxud “Nihon” deyərək tələffüz edirlər. Bu söz çox eksonimdir və bir çox dildə istifadə olunur.

III əsrdə Üç Krallıq dövründə Yaponiya “Dai Nippon Teikoku” (mənası: Böyük Yaponiya İmperiyası) olaraq adlandırılmazdan əvvəl, Wa (倭) və ya Wakoku (倭國) kimi tanınırdı. O dövrdə Yaponiyada Kanto ərazisində Kyuuşuda yaşayan Yayoi xalqını “Wa” (倭) “cırtdan” və ya “itaətkar” deyə adlandırmışdılar. Lakin sonradan Yaponiyadakı xanlar bu sözün təhqiramiz olduğunu və ölkə adına uyğun olmadığını düşünüb, simvolları dəyişmək qərarı aldılar. Beləliklə, Wa (倭) “cırtdan” heroqlifini, eynisəsli (和) yəni “dinc”, “sülhsevər”, “ahəngdar” mənasını verən heroqlifi ilə əvəz etdilər. Eyni zamanda Yaponiya “Wakoku” və yaxud da 大和 (Yamato) yəni “Dağlıq Ölkə” olaraq adlandırılırdı.

VII əsrin sonlarında “Nippon” sözü yarandı. Buna səbəb isə “İyirmi dörd Tarix”dən biri olan Köhnə Tanq Kitabında yapon elçilərinin Çinə səfəri zamanı ölkəsinin adının çin dilində olan mənasını bəyənmədiyini və dəyişdirilib “Nippon” olaraq yəni “Günəşin mənşəyi” adlandırılmağı xahiş etdiklərini və Çin impretoriçası Vu Zetianın buna razılıq verdiyi qeyd edilir. Ölkənin belə adlandırmaqlarına səbəb isə günəşin yapon mifologiyasında böyük rol oynaması və onlara görə imperatorun günəş ilahəsi “Amaterasu”nun nəslindən olmasıdır.

Şoutoku Taişi

Ölkənin belə adlandırılmasına aid bir digər mənbə isə 607-ci ildə yapon şahzadəsi Şoutokunun özünü “Günəşin doğduğu torpaqdakı Cənnətin oğlu” adlandırdığı məktubdur. O, Çin şahzadəsinə belə bir mesaj göndərir: “Günəş doğan ölkədəki Cənnətin Oğlu, bu məktubunu günəşin batdığı ölkənin Cənnət Oğluna göndərir və ona xeyir-dua diləyir”.

Beləliklə günümüzə gəlib çıxan “日本” (Nihon, Nippon) bu heroqlifin mənası “Günəşin mənşəyi” deməkdir.

Müəllif : Xəyalə Əlizadə

(Müəllif hüquqları qorunur.Web saytda verilən hər hansı bir informasiyanın kommersiya xarakterli bütöv və ya hissəli şəkildə nüsxələnməsi qəti qadağandır. Verilən bütün məlumatlar istifadəçilərin şəxsi istifadəsi  üçün nəzərdə tutulub)

Bir şərh yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.