Övladınıza bu yapon oyununu öyrədin


Yaponiyada ən məşhur və əyləncəli oyunlarından biri olan あっちむいてホイ (aççimuitehoi), sadə oyun qaydası ilə həm uşaqlar, həm də böyüklər üçün əyləncəli bir məşğuliyyətdir. Yaponiyada uşaqların tez-tez oynadığı bu oyun, dünyanın bir çox yerində də populyarlaşmağa başlayıb.

Gəlin “あっちむいてホイ” oyununun qaydalarına nəzər salaq!

Oyunun Qaydaları:

Başlanğıc: Canken (じゃんけん)
Oyun, Canken adlanan məşhur yapon oyunuyla başlayır. Bu oyun “daş-kağız-bıçaq” kimi tanınır. Bu mərhələdə kimin qalib gələcəyi müəyyən edilir. Canken oyununda qalib gələn şəxs あっちむいてホイ (aççimuitehoi) oyununa başlama haqqını qazanır.

İşarə və Üz Çevirmə
Canken-i qazanan şəxs, あっちむいてホイ (aççimuitehoi) deyir və ホイ(hoi) sözünü dediyi anda barmağı ilə yuxarı, aşağı, sağa və ya sola bir istiqamətə işarə edir. Canken oyununu uduzan şəxs, ホイ dedikdə qarşı tərəfin işarə etdiyi istiqamətə üzünü çevirməlidir.

İndi ən həyəcanlı an gəldi! Əgər işarə etdiyiniz istiqamət və üzünü çevirən şəxsin baxdığı yer eyni olarsa, işarə edən şəxs qalib olur. Yəni, hər şey nə qədər sürətli və diqqətli olduğunuzdan asılıdır. Əgər yönlər fərqli olarsa, oyun yenidən başlayır və hər iki iştirakçı Canken oyununa qayıdır. Bəli, hər şey sıfırdan başlayır, amma bu dəfə daha da əyləncəli olacaq!

Bu oyunda sürət çox vacibdir. Canken-i udan şəxs qarşı tərəfi aldadıb yönünü dəyişdirməyə çalışır, uduzan şəxs isə tez bir şəkildə doğru istiqaməti tapmalı və üzünü çevirməlidir. Bu, həm əyləncəli, həm də sürətli düşünməyi və qərar verməyi tələb edən bir oyun təcrübəsi yaradır.

Sadə və sürətli olan bu oyun, yaş fərqi olmadan hər kəs tərəfindən oynana bilər. Bir yandan uşaqların əyləncəsinə qatılmaq, digər yandan isə böyüklərlə bu sadə oyunda rəqabət aparmaq əslində çox əyləncəlidir.

あっちむいてホイ oyunu yalnız Yaponiyada deyil, dünyanın hər yerində uşaqlar və böyüklər tərəfindən maraqla oynanır. Evdə və ya məktəbdə, parkda və ya dostlarla bir araya gəldikdə bu oyunu çox rahatlıqla oynamaq mümkündür. Üstəlik, bu oyun heç bir xüsusi alət tələb etmədiyi üçün həm əyləncəli, həm də praktiktir.

Videoya baxaraq öyrənə bilərsiniz:

Müəllif : Gülşən Cabbarlı

(Müəllif hüquqları qorunur.Web saytda verilən hər hansı bir informasiyanın kommersiya xarakterli bütöv və ya hissəli şəkildə nüsxələnməsi qəti qadağandır. Verilən bütün məlumatlar istifadəçilərin şəxsi istifadəsi  üçün nəzərdə tutulub)

Bir şərh yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.