Yaponiyada gəzərkən müxtəlif ictimai yerlərdə, küçələrdə və dükanlarda qarşınıza çıxan yazılar çox vaxt sadə, lakin maraqlı mənalar daşıyır. Bu yazıda, gündəlik həyatda görəcəyiniz üç fərqli yazını nəzərdən keçirəcəyik.
1. Kassa (お勘定場)

Bu işarə Yaponiyadakı mağazalarda və restoranlarda sıx-sıx rast gəlinən işarələrdən biridir. お勘定場 (okanjouba) sözünün mənası “kassa” deməkdir. Adətən kassa yerini göstərmək üçün istifadə olunur. Üstündəki simvol isə yapon yeninin işarəsidir (¥), bu da həmçinin pulun işlədiyi yeri simvolizə edir. Bu işarə, Yaponiyada alış-veriş edərkən kassa yerini asanlıqla tapmağa kömək edir.
2. Yol keçidində piyadalar üçün düyməli işıqfor (押ボタン式)

İkinci şəkil bir yol keçidindəki işarəni təsvir edir. 押ボタン式 (oşi botan şiki) yapon dilində “düyməli sistem” mənasını verir və bu yol siqnalının əl ilə idarə olunduğunu göstərir. Piyada olaraq keçidi keçmək istəyən şəxslər bu düyməni basaraq yaşıl işığı yandırıb, təhlükəsiz şəkildə yolu keçə bilərlər. Bu işarə, daha az maşın olan, lakin piyadalar üçün nəzərdə tutulan yerlərdə tez-tez istifadə olunur. Yaponiyada belə sistemlər çoxdur, çünki burada təhlükəsizliyə böyük önəm verilir.
3. “Açıqdır ” deməkdir (商い中)

Bu şəkil isə Yaponiyada restoran və ya kiçik dükanların qapılarında rast gəlinən yazını əks etdirir. 商い中 (akinaiçuu) işarəsi “dükan açıqdır” mənasını verir. Dükanların və mağazaların açıq olduğunu bildirmək üçün bu cür yazılar çox vaxt qapıların üstündə və ya pəncərələrdə asılır. Primitiv olsa da, Yaponiyanın müştəriyə verdiyi diqqəti göstərir.
Yaponiyada hər gün rastlaşdığınız bu işarələr ölkənin gündəlik həyatda nə qədər qaydalara və intizama riayət etdiyini, həmçinin müştəri məmnuniyyətini önəmsədiyini nümayiş etdirir. Bu işarələrin hər biri insanların təhlükəsizliyini və rahatlığını təmin etmək üçün istifadə olunur və ölkənin inkişaf etmiş ictimai nizam-intizam mədəniyyətinin bir hissəsidir.
Müəllif : Gülşən Cabbarlı
(Müəllif hüquqları qorunur. Web saytda verilən hər hansı bir informasiyanın kommersiya xarakterli bütöv və ya hissəli şəkildə nüsxələnməsi qəti qadağandır. Verilən bütün məlumatlar istifadəçilərin şəxsi istifadəsi üçün nəzərdə tutulub)

Bir şərh yazın