Yapon dilində qorxunu necə düzgün ifadə etməliyik?


Yapon dili maraqlı və dərin qrammatik quruluşlara malikdir. Dili öyrənərkən, bəzən hisslərimizi və ya başqalarının hislərini ifadə etməyin nə qədər fərqli olduğunu görə bilərik. Bugünkü mövzumuz – qorxu ifadəsidir. Görəsən, yapon dilində kim qorxur?

Mən qorxuram” və “sən qorxursan?” arasındakı fərq

Yapon dilində, “mən qorxuram” deyəndə わたし、こわい (vataşi, kovai), qorxan şəxs danışan özüdür. Bu, yəqin ki, ən sadə və ən çox istifadə olunan cümlə formalarından biridir. Amma eyni cümləni sual formasına gətirsək, məsələ bir az dəyişir. Məsələn, “sən qorxursan?” demək üçün あなた、こわいの?(Anata kovaino?) bu dəfə qorxan şəxs “sən” olur.

Başqalarının hisslərini necə bildiririk?

Yapon dilində başqalarının hisslərini ifadə etmək bir az fərqli qaydalarla olur. Məsələn, “o insan qorxur” demək istəyirsinizsə, あの人、こわい (anohito, kovai) cümləsi bu məqamda düzgün olmaz. Bu ifadə sadəcə həmin şəxsin qorxulu olduğunu bildirir, yəni sanki başqaları ondan qorxur. Əgər demək istəsəniz ki, həmin şəxs özünü qorxmuş hiss edir, doğru cümlə belə olacaq: あの人はこわがっている.(Anohito va kovaqatte iru)

Emosiyalar və yapon dili qaydaları

Yapon dilində emosiyaların ifadəsi çox xüsusi qaydalara əsaslanır. Məsələn, sifətlər və istək ifadələri 寒い, 痛い (samui, itai) kimi birbaşa danışan şəxsin (1-ci şəxs) hisslərini bildirir. Lakin sual verəndə cümlənin subyekti dəyişir və bu hisslər artıq qarşı tərəfə (2-ci şəxsə) yönəlir. Həmişə emosiyanı kim hiss edir sualını düzgün vermək lazımdır.

Bəsit amma əhəmiyyətli detallar

Bu kiçik nüanslar yapon dilinin gözəlliklərindən biridir və bizə dili öyrənərkən çox maraqlı məqamlar təqdim edir. Gələcəkdə kiminsə qorxduğunu ifadə edərkən bu qaydaları xatırlayın. Həm öz emosiyalarınızı, həm də başqalarının hislərini ifadə etmək üçün düzgün cümlələrdən istifadə edin. Yapon dili öyrənmək elə bu kimi maraqlı detallar üzərində qurulub.

Müəllif : Gülşən Cabbarlı

Bir şərh yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.