Yaponlar niyə telefonla danışanda “moşi-moşi” deyirlər?


Yaponiyada telefon zənglərinə cavab vermək asan görünə bilər. Çoxlarımız “moşi-moşi” ifadəsi ilə tanışıq, ancaq hər zəngdə bu ifadəni işlətmək uyğun olmaya bilər. Telefon zənginə cavab verməyin bir neçə fərqli üsulu var və hər birinin öz kontekstinə uyğun şəkildə istifadəsi vacibdir. Bu yazıda “moşi-moşi” ifadəsinin mənasını, nə vaxt istifadə edildiyini və digər formal cavab üsullarını araşdıracağıq.

Moşi-moşi nə deməkdir?

もしもし

“Moşi-moşi” ifadəsi, əslində “mousu” (申す) felindən yaranmışdır ki, bu da “demək” mənasını verir və nəzakətli (hörmətli) formada işlənən sözdür. Edo dövründə, yəni Yaponiyanın qədim dövrlərində, insanlar yüksək statuslu şəxslərlə danışarkən bu ifadəni işlədirdilər. İfadə əvvəlcə “mouşiaqemasu” (申し上げます), “mouşimasu” (申します) kimi işlədilir, sonra isə “mousu” və daha sadə forması olan “mouşi” (申し) olub, “ey!” demək kimi istifadə olunmağa başlandı.

Beləliklə, “moşi-moşi” dedikdə əslində “danışacağam” deyirsiniz, amma bu ifadə “salam” və ya “ey, sənlənəm” mənasını verir.

“Moşi-moşi” nə zaman istifadə olunmalıdır?

“Moşi-moşi” ifadəsi əsasən dostlar və ailə üzvlərindən gələn zənglərdə işlədilir. Zəng əsnasında uzun bir fasilə olarsa və ya əlaqə itərsə, “Moşi-moşi, eşidirsənmi?” deyərək əlaqənin davam etdiyini yoxlaya bilərsiniz. Amma işgüzar zənglərdə bu ifadə qətiyyən istifadə edilməməlidir; bu cür hallarda daha rəsmi ifadələrdən istifadə etmək lazımdır.

Telefon zəngləri xaricində bu ifadə nadir hallarda, məsələn, diqqətsiz bir dostunuza ya da özündən getmiş bir kimsəyə müraciət edərkən istifadə olunur.

Yaponlar niyə “moşi-moşi ” deyirlər?

İndiyə qədər bu ifadənin tarixi ilə bağlı üç fərqli fərziyə təqdim olunub:

  1. Tülkülər “moşi-moşi” deyə bilmir: Yapon mifologiyasında tülkülər (kitsune) təhlükəli varlıqlardır və insanları aldatmaq üçün müxtəlif formalara bürünə bilirlər. İnanclara görə, tülkülər “moşi-moşi”ni düzgün tələffüz edə bilmirlər, bu səbəbdən telefonla danışarkən bu ifadəni işlətmək bir növ təhlükəsizlik tədbiri kimi qəbul edilir.
  2. Ruhlar “moşi-moşi” deyə bilmir: Bəzi hekayələrə görə, ruhlar “Moşi” sözünü yalnız bir dəfə deyə bilirlər. Gecə vaxtı dostunuza yaxınlaşıb “Moşi” desəniz, sizi ruh sanıb qorxa bilər. Bu səbəbdən iki dəfə “moşi-moşi” deyərək insan olduğunuzu sübut edirsiniz.
  3. Telefon operatorları istifadə edirdi: Telefonlar ilk dəfə 1890-cı ildə Yaponiyaya gətirildikdə zənglərə “Oi oi” (ey!) deyərək cavab verilirdi. Bu kobud ifadənin əvəzinə telefon operatorları “Mouşiaqemasu” (mousu mousu) deməyə başladılar. Sonralar bu ifadə “moşi-moşi” olaraq qısaldıldı və hər kəs istifadə etməyə başladı.

Heç vaxt “muşi-muşi” deməyin

Yaponiyada 虫 (むし) “muşi” dedikdə “böcək” anlamını verir və yanlışlıqla bu ifadəni istifadə etmək təhqiredici ola bilər. Moşi-moşi-nin doğru istifadəsi ilə növbəti zənglərinizdə yapon ədəbinə uyğun danışa və həm işgüzar, həm də qeyri-rəsmi zənglərdə düzgün ünsiyyət qura biləcəksiniz.

Müəllif : Gülşən Cabbarlı

Bir şərh yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.