Yapon dili biliyi imtahanı (JLPT) yapon dilini xarici dil kimi öyrənənlər üçün standart imtahan hesab olunur. Amma bilirsiniz ki, JLPT-dən başqa imtahanlar da var və onları verə bilərsiniz?
Gəlin bu imtahanlar haqqında məlumat alaq.
Universitetə Giriş İmtahanı (EJU)
Xarici tələbələr üçün Yaponiyada Universitetə Qəbul İmtahanı (EJU), Yaponiyada universitetdə təhsil almaq istəyən beynəlxalq tələbələrin verdiyi imtahandır. Bu imtahan dil və akademik bacarıqlarınızı qiymətləndirir. Ölkə daxilində yüzlərlə universitet xarici tələbələrdən EJU ballarını tələb edir.
Universitet və qəbul olmaq istədiyiniz kursdan asılı olaraq, bu testlərdən birini seçəcəksiniz:
– Xarici dil kimi yapon dili (0-400 bal)
– Elm (0-200 bal)
– Yaponiya və dünya (0-200 bal)
– Riyaziyyat (0-200 bal)
Xarici dil kimi yapon dili testindən başqa, bu testlərin hamısı həm ingilis, həm də yapon dillərində mövcuddur. Test nəticələriniz iki il müddətində etibarlıdır və adətən universitet və ya peşə məktəbinə qəbul üçün minimum 200 bal tələb olunur.
EJU haqqında daha çox məlumatı məqaləmizdə və ya Yapon Tələbə Xidmətləri Təşkilatı vasitəsilə burada oxuyun.
J-TEST
Bu imtahan, yapon dilini xarici dil kimi öyrənənlərin praktiki yapon dili bacarığını qiymətləndirmək məqsədi daşıyır. Adətən, ildə 6 dəfə Yaponiyada, Asiyanın bəzi ölkələrində və Braziliyada keçirilir.
Yalnız bir imtahan var və səviyyəniz ümumi balınıza əsasən müəyyən edilir. Səviyyələr A (CEFR C1/B2) ilə F (CEFR A1) arasında dəyişir.
Bu, daha az tanınan bir imtahandır, buna görə də potensial işəgötürənlərə imtahanı izah etmək ehtimalınız ola bilər.
Yapon Dili NAT-TEST
NAT-TEST, JLPT-yə bənzər bir imtahandır, beş səviyyədə yoxlama aparır . 1-ci səviyyə JLPT N1 və ya CEFR C1-ə, 5-ci səviyyə isə JLPT N5 və ya CEFR A1-ə bənzəyir.
NAT-TEST qrammatika/lüğət, oxuma və dinləmə anlama bacarıqlarını yoxlayır. Format və suallar JLPT-yə bənzərdir, buna görə də JLPT üçün yaxşı bir hazırlıq imtahanıdır.
JLPT ildə yalnız iki dəfə keçirilərkən, NAT-TEST Yaponiyada və Asiyanın müxtəlif yerlərində ildə 6 dəfə keçirilir.
Biznes Yapon Dili Bilik İmtahanı (BJT)
BJT kompüter ilə verilən imtahandır və imtahanı bitirdikdən sonra nəticənizi ekranda görəcəksiniz. Bu imtahan dinləmə və oxuma anlama bacarıqlarını JLPT-dən daha yüksək səviyyədə yoxlayır. Səviyyələr J5 (CEFR A2 və ya JLPT N4) ilə J1+ (CEFR C2) arasında dəyişir.
Bu imtahanda qazanılmış yüksək ballar Yaponiya hökumətinin nöqtə əsaslı vizaya üstünlük sistemində kvalifikasiya qazandırır. Bu sistem, Yaponiyada “yüksək ixtisaslı” xarici mütəxəssislərə üstünlük verilməsi üçündür.
BJT, Yaponiyanın əksər böyük mərkəzlərində və dünyanın bir çox ölkəsində mövcuddur. İmtahanı vermək üçün istənilən vaxt müraciət edə bilərsiniz və imtahan tarixləri test mərkəzlərindən asılı olaraq dəyişir.
BJT haqqında daha çox məlumatı burada oxuyun.
TOP Yaponiya testi (TOPJ)
TOPJ testi oxuma və dinləmə anlayışını, həmçinin gündəlik yapon dilini, yapon mədəniyyəti və xəbərləri biliklərini qiymətləndirir. Bu test ümumiyyətlə JLPT-dən daha çox keçirilir və üç səviyyəyə malikdir: başlanğıc, orta və yüksək səviyyə.
Yapon dili bacarıq testi (JPT)
Bu test Yaponiya Ədalət Nazirliyinin Miqrasiya İdarəsi tərəfindən təsdiqlənmişdir və 100 dinləmə və 100 oxuma sualından ibarətdir.
Test, səviyyənizdən asılı olmayaraq eynidir və sizə 10-dan 990-a qədər bir bal verilir. Müqayisə üçün, 315 və ya daha çox JPT balı JLPT N5-ə bərabərdir. JLPT N1 JPT ilə 660 və ya daha çox bal əldə etmək deməkdir.
JPT haqqında daha ətraflı məlumat üçün rəsmi veb saytına baxın.
Müəllif : Gülşən Cabbarlı
(Müəllif hüquqları qorunur. Web saytda verilən hər hansı bir informasiyanın kommersiya xarakterli bütöv və ya hissəli şəkildə nüsxələnməsi qəti qadağandır. Verilən bütün məlumatlar istifadəçilərin şəxsi istifadəsi üçün nəzərdə tutulub. )

Bir şərh yazın