Son vaxtlar kitab oxuyanların sayı azalsa da, “kitab qurdu” deyə biləcəyimiz insanlar xeyli saydadır. Çox maraqlıdır ki, bu sözü yapon dilindən olduğu kimi tərcümə edə bilərik. “Qurd”, “böcək” kimi sözlərin olduğu cümlələr mənfi mənada işlənir lakin “nəyinsə qurdu” mənasında qurulan cümlələr müsbət mənanı bildirir.
“Qurd” ya da “böcək” sözü
- 虫「むし」böcək, qurd, həşarat
- Oxunuşu: muşi

Ətrafda gəzişən balaca böcəklər bəzi insanlar tərəfindən şirin görünə bilər, lakin bəzi insanlara görə onlar murdar sayıldığından elə də sevilmirlər. Yaponiyada keçmişdə “qarnımın içində sanki böcək var” deyildikdə qarın ağrısını, “qəlbində böcək var” deyildikdə isə həmin insanın düşüncə və hisslərinin yaxşı olmadığını bildirirdi. Buna görə də “qurd” sözünün işləndiyi və hisslərlə bağlı olan sözlər yaxşı mənada işlənmir. Lakin “nəyinsə qurdu” dedikdə tam əksi olaraq müsbət mənada işlənir.
- 本の虫「ほんのむし」kitab qurdu
- Mənası: çox kitab oxuyan (yalnız kitaba maraq göstərmək)
- Oxunuşu: hon no muşi

~の虫「のむし」
İsimdən sonra “no muşi” gəldikdə yalnız bir şeyə maraq göstərməyi, ona vaxt sərf etməyi bildirir. Müsbət mənada işlənir.
- 勉強の虫「べんきょうのむし」çox dərs oxuyan
- Mənası: dərs oxumağı sevən/ daim öyrənməyə, oxumağa maraq göstərən
- Oxunuşu: benkyou no muşi
Bəs siz də özünüzə “hon no muşi” deyirsiniz ?
Qeyd. Tərcümələr hərfi tərcümə deyil. Maksimum dilimizə yaxın mənalar götürülüb.
Müəllif : Gülşən Cabbarlı

Bir şərh yazın