Yaponiyada işləmək istəyənlər üçün ən yaxşı Işgüzar Yapon Dili resursu


Əgər başlanğıc səviyyəsindən irəliləmək istəyirsinizsə, ya da Yaponiyada iş tapmaqla maraqlanırsınızsa və ya yaponlarla işləmək istəyirsinizsə, bu sayt sizin üçündür!

NHK WORLD – JAPAN-da yayımlanan “Easy Japanese for Work” proqramına baxaraq iş üçün faydalı olan yapon dilini öyrənə bilərsiniz. Pulsuzdur, həmçinin qeydiyyatdan keçməyə ehtiyac yoxdur. İfadələri, kanciləri və hörmət ifadələrini bir-bir öyrənə bilər və ya videodakı şəxsin rolunu oynayıb əsas ifadələri təkrar edərək və testlərdən keçərək interaktiv şəkildə öyrənə bilərsiniz.

Sayta daxil olun : Işgüzar Yapon Dili

  • Başlanğıc səviyyəsində öyrəndiyiniz sadə ifadə və cümlələrin iş şəraitində necə tətbiq olunduğunu görəcəksiniz.
  • İş şəraitində hörmət ifadələrinin necə istifadə edildiyini öyrənə bilərsiniz.
  • Saytın ingilis və yapon dillərində tərcüməsi mövcuddur.
  • Skripti (furiqana ilə) PDF formatında yükləyə bilərsiniz.
  • Bu saytın smartfon versiyası da var.

“Tələbənin rolunu izləyin” bölümündə, Yaponiyada faktiki olaraq çalışan xarici ölkələrdən olan insanlar müəyyən vəziyyətlərdə nə etməli olduqları barədə danışırlar. Daha sonra müəllim ifadə versiyalarını deyir və diqqət edilməli məsələlər haqqında məsləhətlər verir.

“Easy Japanese for Work” 15 dəqiqəlik bir proqramdır və saytda 45-dən çox video var. İnternetə çıxışınız olduğu müddətdə, onları istənilən vaxt, istənilən yerdə və istədiyiniz qədər izləyə bilərsiniz. Proqramı izləmək təhsil baxımından faydalıdır, lakin bu xüsusi Easy Japanese for Work saytına daxil olmaqla, tədris və təhsil prosesinizdə addım-addım irəliləyə bilərsiniz.

Müəllif: Gülşən Cabbarlı

Bir şərh yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.