Yaponiya sözü yapon dilində “nihon” və ya “nippon” olsa da, bu dəfə sizlərə təqdim edəcəyim Yaponiya ilə bağlı olan sözlərin oxunuşunda “nihon” və ya “nippon” oxunuşuna rast gəlmirik.
Bəs səbəbi nədir ? Bu sözlər ümumi olaraq bütöv fikri ifadə etdiyinə görə adətən rəsmi danışıqlarda və ya görüşlərdə, iclaslarda, TV xəbərlərdə, qəzet və ya jurnallarda, kitabların başlıqlarında, təqdimatlarında tez-tez istifadə olunur. Telekomunikasiya vasitələrində, rəsmi danışıqlarda informasiya daha qısa, primitiv, sürətli olmalıdır. Buna görə də yaponlar bir sözlə geniş mənanı ifadə edə biləcək sözlərdən istifadə edir.
“Yəni daha öncə öyrəndiyimiz 日本へ行く “nihon e iku” Yaponiya getmək düzgün deyil ? ” sualına cavab olaraq deyə bilərəm ki, bu cür demək tamamilə doğrudur və işləkdir. Lakin yuxarıda qeyd etdiyim kimi xəbər proqramlarında xaricilərin Yaponiyaya gəlməsini 訪日 “houniçi” kimi görə bilərsiniz. Sözün tərkibində “nihon” olmadığına görə bu sizi çaşdırmasın. Məişət dilini öyrəndiyimiz kimi daha nəzakətli danışıq formasını öyrənib yadda saxlamalıyıq.

- 来日 「らいにち」Yaponiyaya gəlmək
- 訪日 「ほうにち」Yaponiyaya ziyarət etmək
- 在日 「ざいにち」Yaponiyada yaşamaq
- 対日 「たいにち」Yaponiyaya qarşı/ uyğun
- 対日政策 「たいにちせいさく」Yaponiyaya qarşı siyasət/ taktika
- 日米 「にちべい」Yaponiya və Amerika
- 日系 「にっけい」Yaponiya mənşəli, mənsubiyyətli
- 日系企業 「にっけいきぎょう 」Yapon şirkəti (Yaponiyada fəaliyyət göstərən, orada yaranan)


Daha sürətli yadda saxlamaq üçün xəbər proqramlarına baxmağı məsləhət görürəm. Həm söz olaraq, həm də kanci olaraq daha tez yadda saxlaya bilərsiniz. Uğurlar!
Qeyd. Tərcümələr hərfi tərcümə deyil. Maksimum dilimizə yaxın mənalar götürülüb.
Müəllif : Gülşən Cabbarlı

Bir şərh yazın