Yapon dili öyrənməyə başlayanların tez-tez istifadə etdiyi, həmçinin bəzən yalnış situasiyalar da belə işlətdiyi そうです、ちがいます sözünü araşdıracağıq.
1. そうです (elədir)、ちがいます(elə deyil) sözləri, isimə aid sual cümlələrinin cavabında işlədilir. Sifət və feilə aid sual cümlələrinin cavabında istifadə edilmir.
Məsələn:
- 田中さんですか。『たなかさんですか』Cənab/xanım Tanakadır?
- はい、そうです。/ いいえ、ちがいます。Bəli, elədir. / Xeyr, elə deyil.✅
Gördüyünüz kimi sual isimə aid olduğuna görə cavabında そうです və ya ちがいます deyə bilərik.

Aşağıdakı kimi istifadə etmək olmaz.
- 日本語は難しいですか。『にほんごはむずかしいですか』Yapon dili çətindir ?
- はい、そうです。| いいえ、ちがいます。❌
難しい『むずかしい』sözü “çətin” deməkdir, い sifəti olduğuna görə cavabında そうです、ちがいます istifadə etmək olmaz.
Cavab bu cür ola bilər:
- はい、むずかしいです。Bəli, çətindir.✅
- いいえ、むずかしくないです。Xeyr, çətin deyil.✅
İndi isə gəlin feilə aid nümunə cümləyə baxaq:
- 朝、パンを食べますか。『あさ、パンをたべますか』Səhər çörək yeyirsən?
- はい、そうです。| いいえ、ちがいます。❌

Cavab bu cür olacaq:
- はい、たべます。Bəli, yeyirəm.✅
- いいえ、たべません。Xeyr, yemirəm.✅
Qeyd. Tərcümələr hərfi tərcümə deyil. Maksimum dilimizə yaxın mənalar götürülüb.
Müəllif : Gülşən Cabbarlı


Bir şərh yazın