~の “no” birləşdiricisini deyəndə yəqin ki, ilk ağlınıza “nın,nin,nun,nün” kimi tərcümə olunan yiyəlik hal gəlir, elə deyil ? Amma ~の -nu bir neçə mənada işlətmək mümkündür.
先生の絵「せんせいのえ」birləşməsini necə tərcümə edirsiniz ? “Müəllimin şəkili?” ya necə ?
Aşağıdakı şəkilə diqqətlə baxın :

先生の絵「せんせいのえ」deyəndə belə tərcümə edə bilərik :
- 先生がもっている絵「せんせいがもっているえ」müəllimin tutduğu şəkil
- 先生が描いた絵「せんせいがかいたえ」müəllimin çəkdiyi şəkil
- 先生を描いた絵「せんせいをかいたえ」şəkili çəkilmiş müəllim
Əsasən, cümlədə işlənməsinə görə düzgün mənanı seçib tərcümə edirik. Verilən hər üç cümlə düzgündür. Bir daha qeyd edim, cümlədə işləndiyi mənasına baxmaq lazımdır.
“Haaaa” dediyinizi eşitmiş kimi oldum. Bəli, yapon dili dəryadır. Ən asan görünən qrammatik qaydanın belə fərqli mənaları var. Oxumağı və araşdırmağı əsla dayandırmayın. Beləliklə yeni maraqlı məqamlar ilə qarşılaşacağınıza əminəm.
Qeyd. Tərcümələr hərfi tərcümə deyil. Maksimum dilimizə yaxın mənalar götürülüb.
Müəllif : Gülşən Cabbarlı


Bir şərh yazın