Öyrənməyin yaşı yoxdur deyirsinizsə..


Məktəb və ya universitet bitsə belə yenə də öz üzərinizdə işləməkdən yorulmursunuzsa, “yeni şeylər öyrənmək məni həyəcanlandırır” deyirsinizsə yapon dilində bu sözü bilməlisiniz. Çünki bu söz elə sizi izah edir.

生涯学習

  • Oxunuşu: しょうがいがくしゅう /şouqaiqakuşuu/
  • Hərfi tərcüməsi: ömür boyu öyrənmə
  • Mənası: ömür boyunca, yəni doğulandan ölənə kimi dərin bilgili olmaq üçün öyrənmək prosesidir. Yaşdan aslı olmayaraq yəni nələrsə öyrənməyin, təcrübə qazanmağın möhtəşəm olduğunu düşünmək.

Ətraflı:

“Şouqaiqakuşuu” dedikdə nə nəzərdə tutulur ?

Şouqaiqakuşuu, sosial həyata və ya iş mühitinə təkcə lazımı olan bilikləri öyrənmək deyil, ümumilikdə, gündəlik həyat qayğılarını asanlaşdıracaq, həyatı daha dolğun yaşamağa köməkçi olacaq informasiyanı öyrənmək və təcrübə etmək deməkdir.

Bura idman, incəsənət, hobbi və ya könüllü fəaliyyət də daxildir. Beləliklə öyrənmə yerləri fərqlidir ki, buraya məktəb, iş yeri, ev, mədəniyyət və ya məşğuliyyət mərkəzləri, kurslar və sairə daxildir.

Yaponiyanın bir çox şəhərində 生涯学習センター ( oxunuşu: şouqaiqakuşuu sentaa) Şouqaiqakuşuu mərkəzləri var ki, orada müxtəlif yaşlarda olan insanların zövq alaraq öyrənə biləcəkləri dərslər, tədbirlər təşkil olunur. Məsələn, yerli şərab fabriklərinə gedərək şərabın necə hazırlandığını öyrənə biləcəyiniz tədbirlər, öz vebsaytınızı yaradaraq onun nəzərini biliklərini öyrənə biləcəyiniz dərslər və ya xarici mahnıları hamı ilə birlikdə oxuya biləcəyiniz xor dərnəkləri var.

Həmçinin siz bütün bunları tək evdə özünüz də edə bilərsiniz. Öyrənmək istədiyiniz informasiya haqqında materiallar oxuya, şəkil çəkə, idman edə, onlayn olaraq evdə öyrənə biləcəyiniz dərslər götürə, marağınızı cəlb edən seminarlarda iştirak edə, könüllü olaraq məşğələlərə qoşula bilərsiniz.

Şouqaiqakuşuunun ən əsas məqamı ondan ibarətdir ki, öyrəndikləriniz sizin həyatınızı daha maraqlı və əyləncəli edəcək xüsusiyyətə malik olmasıdır.

Yaponiyada orta ömür 100 yaş hesab olunduğuna görə 60 yaşına kimi dayanmadan işləyən insanlar pensiya yaşına çatdıqdan sonra istədikləri kimi həyatlarını yaşamağa davam etmək, istədikləri informasiyanı əldə etmək, maraqlı təcrübələr qazanmaq istəyirlər. Təbii ki, heç o yaşa kimi işləməyənlər və ya 60 yaşından sonra da kariyerasını gücləndirmək istəyənlər də az deyil. Buna görə də bu cür fəaliyyətlə məşğul olan yaşlı insanlar, həyatlarından stressi çıxartmaq, ətraf mühitini dəyişmək, həyatlarını daha dolu dolğun keçirtmək istəyirlər.

Indi isə keçək orta yaşlıların bu fəaliyyət ilə məşğul olma səbəbinə. Yuxarıda qeyd olunan kimi həyatı daha mənalı yaşamaq, pul qazanmaq niyyəti olmadan hobbiləri ilə məşğul olaraq daha gözəl vaxt keçirmək əsas nüanslardan biridir.

Bəs siz ömür dairənizdə nələri öyrənmək və təcrübə etmək istəyirsiniz ?

Qeyd. Tərcümələr hərfi tərcümə deyil. Maksimum dilimizə yaxın mənalar götürülüb.

Müəllif : Gülşən Cabbarlı


Maraqlı və faydalı dərslər üçün yaponazyapondili.com saytını daim yeniləməyi, həmçinin dəstək olmağı unutmayın.

“Öyrənməyin yaşı yoxdur deyirsinizsə..” üçün bir cavab

  1. ncie post, thanks Gulshan

Bir şərh yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.