“Ay gözəldir” ifadəsi “səni sevirəm” deməkdir?


Ədəbiyyat və ya film həvəskarları artıq söhbətin nədən getdiyini bildilər. Çünki bu ifadə onlar üçün heç də yad deyil. Gəlin daha detallı öyrənək:

  • 月が綺麗です。
  • つきがきれいです。
  • Ay gözəldir.

Qulağa poetik səslənir, elə deyil ?!..Bu ifadənin müəllifi məhz görkəmli ədəbi xadim, Yaponiyanın məşhur yazıçısı Natsume Souseki olduğu iddia olunur.

Ədəbiyyat dərsində tələbə ingilis dilində olan “I love you” cümləsini yapon dilinə “səni sevirəm” kimi tərcümə etmək istəyəndə Souseki deyir:

“Yaponlar öz hisslərini bir-başa qarşındakı insana deməkdən çəkinirlər. Bir sözlə utanırlar. Ona görə bu cümləni “ay gözəldir” kimi tərcümə elə.”

Lakin bu barədə təəsüf ki, heç bir yazılı mənbə yoxdur. Ancaq dilçilər tərəfindən aparılan çox sayda araşdırma olub ki, onların bəziləri Sousekinin “ay gözəldir” deyil, “ay çox mavidir” deməsini iddia edir.

  • 月がとても青いから
  • つきがとてもあおいから
  • Ay çox mavi olduğuna görə

Souseki hansı ifadəni deyirsə desin, hər ikisi saysız hesabsız mahnıya, kitaba, filmlərə ad kimi istifadə olunub.

Yuxarı səviyyədə olanlar, verilən linkə daxil olaraq ətraflı oxuya bilərsiniz:

https://mamagirl.jp/0000300117

Müəllif: Gülşən Cabbarlı


Maraqlı və faydalı dərslər üçün yaponazyapondili.com saytını daim yeniləməyi, həmçinin dəstək olmağı unutmayın.

Bir şərh yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.