Yaponlar üçün nəzakətli görünmək əsasdır, buna görə də yapon dilində nəzakətli formada “yox” mənasında işlənən lakin hərfi tərcüməsi “yox” olmayan bir çox söz var. Təbii ki, dostlar və yaxınlar arasında “yox”, “alınmır”, “mümkün deyil”, “edə bilmərəm” kimi sözləri işlətmək olar. Yəni bu cür hallarda istifadə oluna biləcək “yox”, “olmaz” sözü daha çoxdur.
Yaponlara görə təklif verən və ya nəyisə xahiş edən insana birbaşa “yox”, “alınmır”, “mümkün deyil” kimi sözləri işlətmək kobudluq, hətta mədəniyyətsizlik kimi sayılır. Buna görə də nəzakətli formada “yox” mənasını bildirən, lakin “yox” demirmiş kimi səslənən sözlərdən istifadə edirlər.
Necə?
Yaponlar bu cür ifadələri və ya sözləri eşitdikdə artıq təkliflərinə rədd cavabı aldıqlarını anlayırlar.
断わり「ことわり」rədd etmək, təklifi geri çevirmək.
Nəzakətli formada:
お断りします「おことわりします」təklifinizi rədd edirəm.
Amma mədəniyyətin, mədəni qaydaların əsas olduğu, bunu qoruyan yapon cəmiyyətində bu cür işlətmək yol verilməzdir.
Sözlərdən başlayaq:
- ちょっと (biraz/şey..)

İlk öncə gəlin təklifə müsbət cavab verəndə necə deyilməli olduğuna baxaq:
- はい、Feilましょう。
- ええ、Feilましょう。
- いいですね。Feilましょう。
Məsələn:
- いっしょに帰りませんか。「いっしょにかえりませんか」Birlikdə qayıdaq?
- ええ、帰りましょう。「ええ、かえりましょう」Olar, qayıdaq!
İndi isə necə nəzakətli formada “yox” demək üçün ifadə qaydalarına baxaq:
- …ちょっと biraz/şey (alınmır kimi deyilir)
- すみません üzr istəyirəm..(bundan sonra səbəb göstərilir)
Məsələn:
- 土曜日の午後、テニスをしませんか。「どようびのごご、テニスをしませんか」Şənbə günü, günün ikinci yarısı tenis oynayaq?
- 土曜日ですか。土曜日はちょっと。「どようびですか。どようびはちょっと」Şənbə günü? Şənbə günü biraz..(alınmır)
Başqa bir nümunəni də oxuyaq:
- 映画を見に行きませんか。「えいがをみにいきませんか」Filmə baxmağa gedək?
- すみません。用事があります。「すみません。ようじがあります」Bağışla, işim var.
Digər ifadə formaları bunlardır :
- 多分「たぶん」Ola bilsin ki..
- 確認してみる「かくにんしてみる」Baxım görüm alınır yoxsa yox..
- 結構です「けっこうです」Ehtiyac yoxdur…
- 大丈夫 「だいじょうぶ」Problem yoxdur, çox sağ ol (Diqqətli olun : bu söz danışanın intonasiyasına görə “oldu”, “olar” mənasında da işlənə bilər. Ona görə mütləq özündən sonra deyiləcək cümləyə və ya “razılıq” kimi istifadə olunan jestlərə fikir vermək lazımdır. Narahat olmayın, bu söz yaponların özlərində belə çaşqınlıq yaradır. Sadəcə intonasiyada diqqətli olmağınız kifayətdir. Yazıda isə özündən sonra gələn cümlədəki fikrə diqqət edilir. )
- また今度お願いします。「またこんどおねがいします」gələn dəfə, xahiş edirəm. ( çox tələli cavabdır. Bu o demək deyil ki, hər dəfə yenə nəsə təklif edəsiniz. Qısaca olaraq desək, bunu eşidirsinizsə “yox” cavabını almısınız. Gələn dəfə heç nə deməsəniz də olar.)
- 忙しい「いそがしい」məşğulam (yəni alınana oxşamır)
- 難しい「むずかしい」çətin
- 大変「たいへん」çox çətin (mümkünatı yoxdur)
Əgər maraq edirsinizsə ki, bəs onlar heç “yox”, “olmaz” sözünü işlətmir ?! Bəli, yapon dilində konkret olaraq “yox”, “mümkün deyil” kimi təklifə rədd cavabını bildirən sözlər var. Lakin onları özünüzü yaxın hiss etdiyiniz insanlara, dostlara, ailə üzvlərinizə, yaş və ya statusca aşağı olan şəxslərə qarşı istifadə edə bilərsiniz.

Məsələn:
- ダメ olmaz, yox, mümkün deyil
- 無理「むり」mümkünsüzdür
- できない alınmır
- やめとく mən pas
- いいえ yox
- いや yox
Qısaca olaraq, mədəni formada “yox” demək üçün ちょっと sözünü rahatlıqla işlədə bilərsiniz.
Qeyd. Tərcümələr hərfi tərcümə deyil. Maksimum dilimizə yaxın mənalar götürülüb.
Müəllif : Gülşən Cabbarlı


Bir şərh yazın