Yaponlara görə ən uğursuz rəqəmlər bunlardır.


Nə qədər batil inanc sayılsa da, yaponlar üçün rəqəmlərin insan həyatında önəmi böyükdür. Çünki bəzi rəqəmlərin oxunuşları mənfi aura yaradır ki, onlar da bu cür rəqəmlərdən qaçırlar. Hansı rəqəmlərdir? 

忌み数「いみかず」uğursuz rəqəm

oxunuşu: imikazu

4 rəqəmi 

し・よん

4 rəqəminin iki oxunuşu var : “şi” və “yon”. Lakin“şi” oxunuşu yapon dilində “ölüm” mənasına gələn “şinu” sözünün oxunuşuna bənzədiyinə görə yaponlar, çox vaxt 4 rəqəmi olan mənzillərdə, xəstəxana otaqlarında və ya oturacaqlarda, otel dairələrində qalmaqdan imtina edirlər. Demək olar ki, bir çox binanın liftində 3 rəqəmindən sonra 5 gəlir.

  • 死ぬ「しぬ」ölmək

9 rəqəmi

きゅう・く

9 rəqəmi də 4 rəqəmi kimi uğursuz sayılan rəqəmlər siyahısına aiddir. Bu rəqəmin “ku” oxunuşu yapon dilində olan “kuruşii” sözünə yaxındır ki, tərcüməsi “əzab”, “əziyyət”, “çətinlik” deməkdir. Belə ki, 9 nömrəli xəstəxana otaqlarında heç kim qalmaq istəmir. Çünki bunun özü “əziyyət”dir.

苦しい「くるしい」çətin, ağır

Şəkilə diqqətlə baxın, hansı rəqəmlərin olmadığını deyin.

42 və 49 rəqəmi

よんじゅうに・よんじゅうきゅう

Bilirəm, indi deyəcəksiniz ki, bu rəqəmlərin oxunuşu “yoncuni”, “yoncukyu” olduğu halda niyə siyahıya düşübdür ?! Axı yapon dilində bu səslərə uyğun heç bir söz yoxdur. Bu rəqəmləri tək-tək oxumağa çalışaq. 42 rəqəmi olacaq “şini”(ölümə getmək), 49 rəqəmi isə “şiku” (ölüm və əzab). Çox vaxt bu rəqəmlərin olduğu maşın nömrələrinə üstünlük verilmir.

Bəs sizin üçün ən uğursuz rəqəm hansıdır? Bu cür inanclara inanırsınız ?

Qeyd. Tərcümələr hərfi tərcümə deyil. Maksimum dilimizə yaxın mənalar götürülüb.

Müəllif : Gülşən Cabbarlı


Maraqlı və faydalı dərslər üçün yaponazyapondili.com saytını daim yeniləməyi, həmçinin dəstək olmağı unutmayın.

Bir şərh yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.