Bekarçılıqdan yeyirsinizsə bu sözü bilməlisiniz!


Çox ac deyilsiniz amma nə edəcəyinizi bilməyib, elə nə isə yemək istəyənlərdənsinizsə yaxın əyləşin, çünki yeni öyrənəcəyimiz söz tam sizlikdir! “Yapon dilində belə söz də var!” deyə biləcəyiniz, hər kəsi öz söz bazanızla təəccübləndirəcək dərsimizi elə indi oxumağa başlayın:

Ağzım bekar qalıb ?

El arasında “ağzım boş qalmasın” , “bekarçılıqdan yeyirəm” kimi bir çox ifadə var. Siz bunu yapon dilində də deyə bilərsiniz.

口寂しい「くちさびしい」

  • 口「くち」ağız
  • 寂しい「さびしい」tənha, yalnız

Bu cür də oxuna bilər : くちざみしい、くちさみしい

Mənası və işlənmə qaydası:

口寂しい sözü, ağıza yemək kimi nəyisə atmağı və ya siqaret çəkməyi ifadə edir. Uzun müddət heç birşeylə məşğul olmadıqda yaranan boşluq və ya bekarçılıq hissindən yaranan sözdür. Mütləq ac olduqda işlənən söz deyil. Tox olduqda belə ağıza nəyisə atmaq ehtiyacını bildirmək üçün deyilir. Buna saqqız, şirniyyat, şəkər, çipsi kimi yüngül, baş aldadıcı atışdırmaları misal çəkə bilərik.

Osakada orta yaşlı qadınlar çantalarında həmişə “あめちゃん” (konfet) daşıyırlar. Belə bir inanc var ki, insanlar həmişə kiminləsə danışmalıdırlar, yoxsa ağızları yalqızlaşıb bundan ölə bilərlər. Bunun qarşısını almaq almaq üçün özlərilə “ağızlarını boş saxlamamaq” üçün konfet daşıyırlar.

Məsələn :

  • くちさびしいってべていればふとるのも当然とうぜんだ。
  • Ağzım boş qalmasın deyərək yesən təbii ki, kökələcəksən.

Bəs siz, くちさびしい olanda nə edirsiniz ?

Müəllif : Gülşən Cabbarlı


Maraqlı və faydalı dərslər üçün yaponazyapondili.com saytını daim yeniləməyi, həmçinin dəstək olmağı unutmayın.

Bir şərh yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.