Hər kəsin həyatı boyu sahib olduğu və ya adət halına gətirdiyi maraqlı vərdişləri olur. Bunlara bir çox misal gətirmək olar, lakin onlardan biri var ki, bu vərdişə bir çox insanın sahib olduğunu deyə bilərik.
Nə qədər çox kitabınız olsa belə oxumadan yenidən kitab alırsınızsa və ya həmin kitablar rəfdə olduğu kimi qalırsa yapon dilində buna 積読 |つんどく “tsundoku” deyilir.
Sözə diqqətlə baxaq:
- Söz: 積む「つむ」yığmaq, toplamaq, toplanmaq
- Sözün tam forması : 積んでおく
- ~ておく qrammatik qaydadır. Hər hansı bir şeyi öncədən görmək və ya nəyisə etdikdən sonra olduğu kimi saxlamaq.
- Bu söz danışıqda qısaldılaraq bu cür olub : つんどく
- “İndi çox məşğulam” deyərək oxumadığımız, daha sonra oxumaq üçün bir yerdə yığılıb qalan kitablara baxaraq bu cür işlətmək olar: 積読する. (つんどくする)

Bu söz, Meici dövründən (1868-1912) bəri dilə daxil olaraq işlənən sözdür.

Psixoloqlar bu cür vəziyyətə gələcəkdə olmaq istədiyimiz insanı təsəvvür edərək kitab kimi əşyalar üzərindən etdiyimiz davranış forması olduğunu deyir. Beləliklə, yığılıb qalan kitablara baxaraq “gələcəkdəki olmaq istədiyimiz insan fiqurunu” beynimizdə canlandıra bilirik.

Yapon dilində bəzi sözlər var ki, onlar bir çox dilə olduğu kimi, tam olaraq eyni mənada tərcümə edilə bilmir. Buna görə də həmin dillərin lügət tərkibinə alınma söz kimi daxil olur. “Komorebi”, “vabisabi” sözləri kimi “tsundoku” sözü də bu siyahıya aiddir. 2010-cu ildən sonra ingilis dili lügətlərində ( Cambridge English Dictionary ) bu sözü yapon dilindən ingilis dilinə keçmiş alınma söz kimi görə bilərik. İngilis dilində “bibliomania” sözünə bənzəsə də, tam olaraq həmin söz ilə eyni mənanı bildirmir.(Link : burada)
Məsələn:
- If you think tsundoku is a modern problem brought on by the ease of ordering books online, you’d be mistaken.
- Our readers are invited to send us a picture of their tsundokus.
“Tsundoku” vərdişini tərgitmək istəyirsinizsə aşağıdakı linkə keçid edə bilərsiniz:
Qeyd. Tərcümələr hərfi tərcümə deyil. Maksimum dilimizə yaxın mənalar götürülüb.
Müəllif : Gülşən Cabbarlı


Bir şərh yazın