Xanım Yuki ilə danışanda çox maraqlı və bir o qədər də əyləncəli bir an yaşadıq. Tez-tez “haradasan” sözünü eşitdiyini dedi. Təbii olaraq, hamının niyə “Cənab/Xanım Harada” dediyini maraq edib.
“Harada” soyadı Yaponiyada ən çox yayılmış və bilinən soyadlardan biridir. Hətta bu soyada sahib 286 mindən çox insan var.

İndi isə gəlin yazılış formasına baxaq.
原田 「はらだ|はらた」
「原」kancisi “sakit, genis yer”, 「田」kancisi isə 田んぼ “tarla” mənasında işlənərək, ümumi olaraq Yaponiyanın topoqrofik modelini göstərir.
Qeyd. 田んぼ「たんぼ」tarla
~さん isə “xanım ” və ya “cənab” deməkdir. Ad, soyaddan sonra deyilir.
Beləliklə, onun eşitdiyi “haradasan” sözünün yapon dilində yazılış forması belədir: 原田さん
Əgər “haradasan?” sözünü yapon dilinə tərcümə etsək belə olacaq:

- 今どこ?
- いまどこ?
- İndi hardasan ? və ya Haradasan?
Yapon və azərbaycan dilində oxşar səslənən çox söz var. Həmin sözlərlə bir-bir yaxından tanış olacağıq. İzləmədə qalın.
Qeyd. Tərcümələr hərfi tərcümə deyil. Maksimum dilimizə yaxın mənalar götürülüb.
Müəllif : Gülşən Cabbarlı


Bir şərh yazın