Heroqlifin (kancinin) tısbağa ilə nə əlaqəsi var ?!


Oxuduqlarınıza inana bilməyəcəksiniz! Bu dəfə sizi daha keçmişə, yaponların ilk əlifbasının yarandığı tarixə gedəcəyik, həmçinin o dövr üçün adi, indiki dövr üçün qeyri-adi faktlarla tanış edəcəm. Elə isə getdik!

Bildiyiniz kimi yapon dilinin ilk əlifbası, yazı sisteminin hərfləri sayılan heroqliflər (kanci) Çindən gəlib. Bu hərflər “hanzi” adlanıb ki, onların da tarixi 5000 il əvvələ gedib çıxır. Bəs “hanzi” nə deməkdir ?

Yəqin ki, artıq “kanci” sözünün necə yarandığını təxmin etdiniz. Bəli, “kanci” sözünün kökü “hanzi” sözündən gəlir. “Han” sözü, Çin əhalisinin 90 faizini təşkil edən Han Çin əhalisini, “zi” isə “simvol”, “hərf” mənasını bildirir. “Kanci” sözünün hərfi tərcüməsi “Han simvolları” deməkdir.

Çinin Han simvolları imperatorluğun kahinləri tərəfindən tısbağanın qabığına yazılırdı ki, daha sonra onu alovun içinə ataraq idarəçinin gələcəyini deyə bilsinlər. Yüksək tempuraturanın nəticəsində qabıq çatlayır, bununlada tanrıların hökmdar ilə bağlı niyyəti bilindiyi kimi şərh edilirdi. Bu tısbağa qabığı nəinki hökmdarın gələcəyini, hətta əkinin harda əkilməsini, döyüş üçün strateji yerlərini belə həll edirdi.

Təbii ki, bütün bunlar batil inanc olsa da, ilk yapon heroqlifləri sayılan kancinin tısbağa qabığında yazılması faktını dəyişdirmir.

Mənbə : Peter Hesler, 2007, Oracle Bones: A Journey Between China’s Past and Present

Müəllif : Gülşən Cabbarlı


Maraqlı və faydalı dərslər üçün yaponazyapondili.com saytını daim yeniləməyi, həmçinin dəstək olmağı unutmayın.

“Heroqlifin (kancinin) tısbağa ilə nə əlaqəsi var ?!” üçün bir cavab

  1. 😲😲😲😲

Bir şərh yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.