Hazır cümlələri oxumaq yapon dilində oxuma bacarığını inkişaf etdirir, həmçinin yapon dilində düşünmə qabiliyyətini sürətləndirir, danışarkən daha sürətli danışmağa köməkçi olur.
1.より-dan, dən (müqayisə)
Gözlədiyimdən çətindir.
見(み)た目(め)より難(むずか)しい。
Düşündüyümdən çətindir.
思(おも)ったより難しい。
Düşündüyümdən asan idi.
思ったより簡単(かんたん)だった。
Düşündüyümdən (çox) vaxt apardı.
思ったより時間(じかん)がかかってしまった。

2. 電話(でんわ) telefon
Vaxtın olanda zəng elə.
時間(じかん)があるとき電話ください。
Indi telefonla danışır.
今(いま)電話中(ちゅう)です。
Zəngini götürə bilmədiyimə görə üzr istəyirəm.
電話出(で)られなくてごめん。
Telefonla danışdı.
電話で話(はな)した。
Səhv nömrədir. (“Səhv nömrəyə yığmısınız” mənasında)
番号(ばんごう)間違(まちが)えてますよ。

3. 一番(いちばん) ən
Indiyə kimi yediklərimin arasında ən dadlısıdır.
今(いま)まで食(た)べたもので一番おいしい。
Indiyə kimi baxdıqlarımın arasında ən möhtəşəm filmdir.
今まで見(み)た中(なか)で最高(さいこう)の映画(えいが)。
Ən sevdiyin fəsil?
一番好(す)きな季節(きせつ)は?
Həyatımda indi ən xoşbəxtəm.
人生(じんせい)で今が一番幸(しあわ)せ。

4. 緊張(きんちょう) həyəcan
Həyəcandan yata bilmirəm.
緊張で眠(ねむ)れない。
Həyəcandan ürəyim bulanır. (Yəni qusmağım gəlir)
緊張で吐(は)きそう。
Həyəcanlanma.
緊張しなくていいよ。

5. 人生(じんせい) həyat
Həyat qısadır.
人生は短(みじか)い。
Həyat macəradı
人生は冒険(ぼうけん)だ。
Həyatda nə baş verəcəyini bilmək olmur.
人生何(なに)が起(お)こるかわからない。
Bu gün qalan ömrünün ilk günüdür.
今日(きょう)は残りの人生最初(さいしょ)の日(ひ)。

6. よる aslıdır.
Fəsildən aslıdır.
季節(きせつ)による
Yaşdan aslıdır.
年齢(ねんれい)による
Həmin günü əhval-ruhiyyəmdən aslıdır.
その日(ひ)の気分(きぶん)による
Gündən aslı olaraq dəyişir.
日(ひ)によって違(ちが)う
Insandan aslı olaraq dəyişir.
人(ひと)によって違う

Qeyd. Tərcümələr hərfi tərcümə deyil. Maksimum dilimizə yaxın mənalar götürülüb.
Müəllif : Gülşən Cabbarlı


Bir şərh yazın