YaponAz yapon dili kursu


Dərslərimiz tamamilə sizin hədəflərinizə əsaslanır.

Yapon dili kursumuz strukturlaşdırılmış tədris sistemi praktik yanaşma əsasında fəaliyyət göstərir. Kursun əsas məqsədi tələbələrə dili yalnız öyrətmək deyil, onu real ünsiyyətdə istifadə edə biləcək səviyyəyə çatdırmaqdır.

Tədris prosesi tələbənin səviyyəsinə uyğun planlaşdırılır və inkişaf mərhələləri sistemli şəkildə izlənilir.

Dil öyrənənlər üçün əsas meyarlar bunlardır: nəticə, müəllim keyfiyyəti və etibarlı mühit. Tədris modelimiz məhz bu üç amil üzərində qurulub.

  • Kiçik tərkibli qruplar fərdi dərslər;
  • Müəllim nəzarətinin yüksək olması;
  • Sistemli proqram və aydın inkişaf mərhələləri;
  • Danışıq bacarığına real fokus.

Tədrisin əhatə dairəsi

Yapon dili dörd əsas bacarıq üzrə paralel tədris olunur:

  • Yazı (heroqliflər daxil olmaqla);
  • Danışıq və tələffüz;
  • Dinləmə;
  • Oxu və mətn anlama.

Bu yanaşma tələbələrin dili balanslı şəkildə mənimsəməsini təmin edir.

YaponAz Komandası:

İbrahim Əliyev

azərbaycan və ingilis dilində tədris

Ləman Əliyeva

azərbaycan və rus dilində tədris

Günel Məlikova

azərbaycan və ingilis dilində tədris

Nuray Rəsulzadə

azərbaycan və ingilis dilində tədris

Günay Dadaşova

azərbaycan və rus dilində tədris

Gülşən Cabbarlı

azərbaycan və ingilis dilində tədris

Xəyalə Əlizadə

Sosial Media

Gülşən Ağayeva İsmayılzadə

Menecer

Metodika

Kursda dil tədrisi ilə yanaşı praktik metodlardan istifadə olunur:

  • Vizual söz kartları;
  • Film və animasiya materialları;
  • Real dialoqlar və situasiya tapşırıqları;
  • Qrup işləri;
  • Danışıq bacarığını gücləndirən “sürətli oxuma” məşqləri.

Yapon qonaqlarla danışıq dərsləri

Danışıq dərsləri yalnız yerli müəllimlərlə deyil, qonaq yapon müəllimlərin iştirakı ilə keçirilir. Bu, tələbələrə dili real mühitdə eşitmək və istifadə etmək imkanı yaradır.

Qiymətləndirmə və nəzarət

Tələbələrin bilik və bacarıqları:

  • müntəzəm testlər;
  • praktik tapşırıqlar;
  • aktiv imtahanlar.

vasitəsilə qiymətləndirilir. İnkişaf prosesi müəllimlər tərəfindən nəzarətdə saxlanılır.

Əlaqə və qeydiyyat

📞 WhatsApp: +994 50 503 74 80
📧 E-mail: yaponaz2014@gmail.com

Ətraflı məlumat və uyğun proqram seçimi üçün bizimlə əlaqə saxlaya bilərsiniz.

Bakı Yapon dili Natiqliq yarışı

QALİBLƏR:

  1. Gülşən Ağayeva – Bakı Yapon dili Natiqlik yarışı 1-ci və keçmiş sovet ölkələri arasında 4-cü yerin qalibidir (2016)
  2. Nəzrin Əliyeva- Bakı Yapon dili Natiqlik yarışı 1-ci yer (2018)
  3. Tamrida Rza-Bakı Yapon dili Natiqlik yarışı 1-ci yer (2022)
  4. Kamilə Muradxanlı-Bakı Yapon dili Natiqlik yarışı 1-ci yer (2023)

___________

  1. Gülər Nursu – 2-ci yer Bakı Yapon dili Natiqlik yarışı (2017), həmçinin ADU tələbəsidir.
  2. İsmayılova Günel – 2-ci yer , Bakı Yapon dili Natiqlik yarışı (2019)
  3. Xəyalə Əlizadə – 3-cü yer Bakı Yapon dili Natiqlik yarışı (2017)
  4. Ziba Sadıqova-Bakı Yapon dili Natiqlik yarışında 3-cü yer (2018), həmçinin ADU tələbəsidir.
  5. Həmidə Həmidova– 3-cü yer Bakı Yapon dili Natiqlik yarışı (2021)
  6. Əsmər Cəfərli – Bakı Yapon Dili Natiqlik Müsabiqəsində 3-cü yer (2022)
  7. Aysu Həmidli-Bakı Yapon dili Natiqlik yarışında 4-cü yer (2018)
  8. İsmayılova Nailə– Bakı Yapon dili Natiqlik yarışı 4-cü yer(2019/2021)

___________

  1. Rimma İlyasova – dünya üzrə yapon dili inşa yarışında 3-cü yerin qalibidir (2017)
  2. Selcan Yağmur– Yaponiya səfirliyinin sertifikat və hədiyyəsi ilə təltif olunub Azərbaycan üzrə yapon dili natiqlik yarışı (2017)

MEXT (Magistratura Təqaüdü) PROQRAMININ QALİBLƏRİ

  1. Emil Hacılı (2018)
  2. Mircəmil Tağıyev (2018)
  3. Adil Qafarlı (2020)
  4. Zakir Əliyev (2022)
  5. Şəmistan Kərimov (2022)
  6. Nigar Əlizadə (2023)

MEXT (Qısamüddətli Yaponiya Təqaüdü Proqramı ) qalibləri

  • Gülşən Ağayeva (2017)
  • Günel İsmayılova (2023)

MEXT ( Nikkensei) qalibləri

  • Əliağa Abasov (2022) ( Proqram yaponşünaslar üçün nəzərdə tutulub. Tələbəmiz ADU tələbəsi olub, proqram üçün hazırlığa yapon.az-ı seçmişdir.)
  • Fidan Ruhi (2023) ( Proqram yaponşünaslar üçün nəzərdə tutulub. Tələbəmiz ADU tələbəsi olub, proqram üçün hazırlığa yapon.az-ı seçmişdir.)

Sülh Proqramının qalibləri

  • Tamrida Rza (2024)
  • Kamilə Muradxanlı (2024)
  • Tahirə Mirzəyeva (2025)
  • Ləman Əliyeva (2025)

Yaponiyada təhsil alırlar

  • Günay Qocalı (Yaponiya İqtisadiyyat Universiteti)
  • Əli Vəliyev (Yaponiya İqtisadiyyat Universiteti)

Tələbələrimiz yapon dilini YaponAz kursunda (JLPT N3) öyrənmiş, daha sonra Yaponiyada Dil Məktəbinin bir illik təhsilini bitirdikdən sonra Yaponiya Universitetlərinə bakalavr imtahanı vermiş, Yaponiya İqtisadiyyat Universitetinə daxil olublar.


JLPT Nəticələrimiz (əsas 3 səviyyə paylaşılır)

JLPT N1 (C2)

  1. Gülşən Ağayeva
  2. Gülşən Cabbarlı
  3. Ləman Əliyeva
  4. Fatimə Məmmədova

JLPT N2 (C1)

  1. Tamrida Rza
  2. Əsmər Cəfərli
  3. Lamiyə Səfərova
  4. Xəyalə Əlizadə
  5. Günel İsmayılova
  6. Elmar Rəhimov
  7. Gülzar Allacova
  8. Fərman Qurbanlı
  9. Jalə Əlizadə

JLPT N3 (B2)

  1. Nailə İsmayılova
  2. Ziba Sadıqova
  3. Nigar Əlizadə
  4. Şəmistan Kərimov
  5. Cəmilə Məmmədli
  6. Mərziyə Həsənova
  7. Sahib Allahverdiyev
  8. İbrahim Əliyev
  9. Nurcan Hüseynova
  10. Mehriban Ağayeva
  11. Günay Qocalı
  12. Emil Hacılı
  13. Deniz Qorbunov
  14. Nəzrin Əsgərova
  15. Rəhiməxanım İlyasova
  16. Məryəm Xocanəzərzadə
  17. Orxan Əliyev
  18. Xəyal Bayramzadə
  19. Məcid Nəsirli
  20. Nəzrin Əliyeva
  21. Yaşar Vahabov
  22. Aydın Vahabov

JLPT 2025 (dekabr) nəticələrimiz:

  1. Raul Məmmədov (N3)
  2. Yaşar Vahabov (N3)
  3. Aydın Vahabov (N3)
  4. Məcid Nəsirli (N3)
  5. Mehriban Bədəlova (N4)
  6. Zeynal Zeynalov (N4)
  7. Nəzrin Əhmədova (N4)
  8. Rza Əsəd (N5)
  9. Firuzə Mehtiyeva (N5)
  10. Sona Tağızadə (N5)
  11. Rəvan Qurbanlı (N5)
  12. Zərifə Orucova (N5)
  13. Aydan Cəfərova (N5)
  14. Nurəngiz Baxışova (N5)
  15. Zəhra Həsənzadə (N5)

Kursun xatirə şəkilləri:

Fəaliyyətimiz:

2026-cı il:

  1. Yanvar ayının 1-i Mərkəzimizin qonaqları Yaponiyadan olan diş həkimləri Umetsu Tokuhiro və Mano Akihisa oldular. Görüş zamanı Yaponiyada təhsil və peşəkar həyat, səhiyyə sahəsində yanaşmalar, həmçinin Yaponiya–Azərbaycan mədəni əlaqələri ətrafında maraqlı müzakirələr aparıldı.
  2. Yanvarın 6-da YaponAz Yapon Dili Mərkəzində maraqlı bir görüş baş tutdu. ADA Universitetinin yapon tələbəsi Togaşi Vataru ilə Yaponiyada təhsil, Azərbaycandakı tələbə həyatı və mədəni fərqlər barədə səmimi söhbət etdik.
  3. Yanvar ayının 11-i YaponAz Yapon Dili Mərkəzində “Rəngarəng origami” günü təlimçi Nuray Rəsulzadə tərəfindən keçirilmişdir. Təlimdə YaponAz fəalları iştirak etmiş, bir-birindən maraqlı fiqurlar düzəltmişdir.
  4. Yanvar ayının 17-i Yaponiya Səfirliyində təşkil olunmuş “Kakizome” tədbirində YaponAz tələbələri aktiv iştirak etmişdir.
  5. Yanvar ayının 21-i “Maki senseilə gəzərək öyrən” layihəsinin dəstəkçisi olmuşuq və bu proqram, Yapon Fondunun (Japan Foundation) paylaşımında xüsusi yer verilib. Həmçinin Azərbaycandakı Yaponiya və yapon dili təhsili ilə bağlı sənəddə YaponAz haqqında məlumat verilib.
  6. Yanvar ayının 25-i Ləman müəllimənin YaponAz Yapon Dili Mərkəzində danışıq dərsi keçirilmişdir.
  7. Yanvar ayının 30-u Yaponiya Səfirliyinin iqamətgahında yapon dili müəllimi Esmira Məmmədovaya Yaponiyanın “Gümüş Şəfəqli Gündoğar Ordeni”nin təqdim olunması mərasimində YaponAzın rəhbəri Gülşən Cabbarlı iştirak etmişdir.
  8. Fevral ayının 20-si YaponAz komandası olaraq Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyinin dəvətilə Yaponiyanın İmperatoru Naruhitonun doğum gününü qeyd etdik. Fairmont oteldə təşkil olunan bu möhtəşəm ziyafətdə YaponAz olaraq iştirak etmək bizim üçün böyük şərəf idi.
  9. 22 fevral tarixində YaponAzın təşkilatçılığı ilə fərqli formatda yapon dili danışıq dərsi keçirildi. Tələbələrimiz yapon qonağımız Anna xanımla maraqlı və əyləncəli oyunlar vasitəsilə yapon dilində ünsiyyət quraraq praktik danışıq bacarıqlarını inkişaf etdirdilər.

2025-ci il:

  1. Yanvar ayının 5-i YaponAzın təşkilatçılığı ilə fərqli formatda yapon dili danışıq dərsi keçirilib. Tələbələrimiz yapon qonağımız Hiro ilə ColorLab incəsənət stüdyosunda həm yapon dilində danışıblar, həm də yaradıcılıq qabiliyyətlərini nümayiş etdiriblər.
  2. Yanvar ayının 17-də Yaponiyanın Şika Şəhər Meriyasından gələn nümayəndələr və təhsil mütəxəssisləri YaponAz Yapon Dili və Mədəniyyət Mərkəzinin qonağı oldular. Görüşdə Yaponiya Səfirliyinin nümayəndələri də iştirak edib.
  3. Fevral ayının 1-i JLPT (2024 dekabr) nəticələri açıqlandı! YaponAz rekord nəticəyə imza atdı. 23 tələbəmiz JLPT imtahanından yüksək nəticə əldə edərək JLPT sertifikatına sahib oldu! 3 tələbəmiz, Fatimə Məmmədova JLPT N1, Ləman Əliyeva JLPT N2 və Fərman Qurbanlı JLPT N2 yüksək balla yüksək səviyyə sertifikatı əldə etdilər.
  4. Fevral ayının 23-ü Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyinin dəvətilə Yaponiyanın İmperatoru Naruhitonun doğum gününü qeyd etdik! Fairmont oteldə təşkil olunan bu möhtəşəm ziyafətdə YaponAz olaraq iştirak etmək bizim üçün böyük şərəf idi.
  5. Fevral ayının 28-i Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyinin dəvətilə Yaponiyada təhsil almış tələbələrin görüş günündə iştirak etdik.
  6. Mart ayının 1-i YaponAz tələbələri Fatimə Məmmədova və Xəyal Bayramzadə Bakı Yapon Dili Natiqlik Müsabiqəsində iştirak edərək, yapon dili biliklərini böyük auditoriya qarşısında göstəriblər. 
  7. Aprel ayının 4-ü Mərkəzimizdə Yaponiyadan gələn hörmətli qonağımız, Seşimo Masaya müəllimi qarşıladıq! Onunla tanış olmaq, Yaponiyada tədris metodları haqqında məlumat almaq və praktiki dil bacarıqlarımızı sınamaq fürsəti qazandıq.
  8. May ayının 29-da tələbələrimiz, ADA Universitetində keçirilən 13-cü ADA Beynəlxalq Festivalında iştirak edərək Yaponiya Səfiliyinin stendində könüllü olublar.
  9. İyun ayının birindən etibarən YaponAz Tərcümə Komandası fəaliyyətə başlayıb. 3 aylıq dövrü əhatə edəcək layihənin əsas heyəti YaponAz kursunun tələbələridir. Layihənin əsas məqsədi tələbələrin dil bacarıqlarının inkişaf etdirilməsi, tərcümə və dublaj sahəsində öz bacarıqlarını sınamalarıdır.
  10. İyun ayının 6/7-si keçirilmiş Gamesummit 2025-də YaponAz kursunun istedadlı tələbələri fəal iştirak etdilər! Yeni texnologiyalar, oyun dizaynı və yapon mədəniyyəti ilə zəngin bir təcrübə qazandılar.
  11. Iyun ayının 22-si YaponAz Yapon Dili mərkəzinin təşkilatçılığı ilə JLPT SINAQ imtahanı təşkil olunub. 25 tələbəmizin iştirakı, 3 moderatorun nəzarəti ilə keçirilmiş sınaq zamanı tələbələrimiz üç səviyyə üzrə öz yapon dili bacarıqlarını yoxlama şansı əldə ediblər. Sınaqdan sonra onlara nəticələri göndərilib.
  12. İyun-iyul aylarında Sülh Proqramı qalibləri Ləman Əliyeva və Tahirə Mirzəyeva Yaponiyada 17 günlük səyahətdə olub.
  13. İyul ayının 17-si Mərkəzimizdə Yaponiyadan gələn hörmətli qonaqlarımız, cənab Tanaka və Nakaqavanı qarşıladıq! Onlarla tanış olaraq, Yaponiyanın samuray fəlsəfəsi haqqında məlumat almaq və praktiki dil bacarıqlarımızı sınamaq fürsəti qazandıq.
  14. Avqust ayının 12-si yapon döyüş ustası Şo Sakamoto ilə yapon dili danışıq dərsimiz baş tutdu. Tələbələrimiz yapon döyüş sənətini, mədəniyyətini, maraqlı adət-ənənələrini yapon qonağımız vasitəsilə ətraflı məlumat əldə etdi.
  15. Avqustun 15-dən sentyabr ayının 15-nə kimi Ləman Əliyeva və Günel Mürsəlzadə müəllimələrinin moderatorluğula danışıq dərsləri təşkil olunub.
  16. Sentyabr ayının 7-si 8-ci ANİMAFİLM Festivalının açılış mərasimində iştirak etdik.
  17. Sentyabr ayının 1-dən 8-nə kimi Yaponiyada, “Osaka, Kansai Ekspo 2025” dünya sərgisində Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə fəaliyyət göstərən Azərbaycan Pavilyonunda Gənclər və İdman Nazirliyinin nümayəndə heyətilə birlikdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində həyata keçirilən “İrsi qoruyanlar” Gənclər Proqramında iştirak etdik. 
  18. Sentyabr ayının 14-ü Azərbaycan tarixində ilk dəfə keçirilən Comic Con Baku 2025-də YaponAz olaraq iştirak etdik.
  19. Sentyabr ayında JLPT (2024 iyul) nəticələri açıqlandı! Ləman Əliyeva JLPT N1 və Elmar Rəhimov JLPT N2 yüksək balla yüksək səviyyə sertifikatı əldə etdilər.
  20. 21 sentyabr tarixində “Maki sensei ilə gəzərək öyrən” adlı tədbirdə iştirak etdik. Tələbələrimiz həm gəzintidən zövq aldılar, həm də əl bacarıqlarını nümayiş etdirdilər və yapon dilində bolca söhbət etdilər. Yapon müəllimlə yapon dilində fərqli üslubda ünsiyyət qurmaq tələbələrimiz üçün maraqlı və faydalı bir təcrübə oldu.
  21. 27 sentyabr tarixində YaponAz tələbələri keçmiş səfir Vada Cuniçinin təşəbbüsü ilə təşkil olunmuş “Ryunun Yaponiya Sərgisi” adlı tədbirdə könüllü olaraq fəal iştirak ediblər. Tədbirin əsas təşkilatçılarından biri isə YaponAz müəllimi İbrahim Əliyev olub.
  22. 3 oktyabr tarixində Kumon Təhsil Sisteminin nümayəndələri cənab Matsuda və cənab Yoşida YaponAzın qonağı oldular. Onlar tədris prosesini yaxından izlədilər və fəaliyyətimizlə ətraflı tanış oldular.
  23. 5 oktyabr tarixində YaponAz Yapon Dili Mərkəzi və TokioPop Yapon Restoranının birgə əməkdaşlığı ilə “Suşi MasterKlass” tədbiri təşkil olunub. Tədbirdə təkcə YaponAz tələbələri deyil, həmçinin Yaponiyaya marağı olan Yaponiya sevərləri və yapon kulinariyasının həvəskarları da iştirak ediblər.
  24. Oktyabr ayının 18-i Yaponiyanın məşhur kanalı olan TBS kanalının ən sevilən verilişi “Sekai kurabete mitara” YaponAz Yapon Dili Mərkəzinin qonağı olmuş, YaponAz tələbələrinə Yaponiya və yapon dilinə aid suallar verərək intervyu götürmüşdür.
  25. 19 oktyabr tarixində “Maki Sensei ilə gəzərək öyrən” proqramının ikinci ayı uğurla başa çatdı. Bu dəfə iştirakçıların sayının çoxluğu nəzərə alınaraq gəzinti İçərişəhər ərazisində təşkil olundu. Tələbələrin fəal iştirakı və maraqlı çıxışları proqramın səmərəliliyini və davamlı inkişaf etdiyini bir daha göstərdi.
  26. Oktyabr ayının 30-da Yaponiyada musiqi fəaliyyəti ilə tanınmış Naoki Sakuraba YaponAzın qonağı olmuş, öz maraqlı təcrübələrini tələbələrlə bölüşmüşdür.
  27. Noyabr ayının 6-sı TryTree Co. Ltd. şirkətinin nümayəndələri, Prezident Gin Ninomiya və Biznes inkişaf komandası üzvü Mai Kato mərkəzimizə təşrif buyurdular.
  28. Noyabr ayının 15-i YaponAz Yapon Dili Mərkəzimizə Begins şirkətinin, həmçinin Yaponiya-Flippin Dəstək Fondunun Rəhbəri Şin Yamanaka, komanda yoldaşları Maçiko Taşiro, Kazunari Suzuki təşrif buyurdular. Tələbələrimizlə keçmiş Yaponiyadan, indiki zamanda səhiyyə sistemindən, xeyriyyənin vacib tərəfləri ilə bağlı müzakirə apardılar.
  29. Noyabr ayının 23“Maki Sensei ilə gəzərək öyrən” proqramının üçüncü ayı uğurla başa çatdı. Beləliklə növbəti mərhələyə, yəni Sərgi Mərhələmiz üçün hazırlıqlara başladıq! Dekabr ayında proqramın iştirakçılarının çəkdiyi rəsm əsərləri Sərgidə nümayiş olunacaq.
  30. 23 noyabr tarixində YaponAz müəllimləri üçün maarifləndirici və peşəkar inkişafı hədəfləyən “Benkyokai” seminarı təşkil olundu. Tədbir BDU-nun yapon dili müəllimi Maki sensei tərəfindən aparıldı. Seminar zamanı müəllimlər yapon dili tədrisində müasir metodlar, dərs prosesinin daha effektiv təşkili, tələbələrlə kommunikasiya və motivasiya üsulları kimi mövzular ətrafında müzakirələr apardılar.
  31. 30 noyabr tarixində YaponAz Yapon Dili Mərkəzinin təşkilatçılığı ilə bütün səviyyələr üzrə JLPT Sınaq İmtahanı keçirilib. Sınaqda 25-dən çox tələbə iştirak etmiş, demək olar ki, böyük qismi sınaqdan uğurlu nəticə əldə etmişdir.
  32. Maki sensein təşkilatçısı olduğu “Gəzərək öyrən” layihəsi artıq Sərgi mərhələsinə gəlib çatdı. Sərgi üçün təşkil olunmuş tələbələrin əl işləri dekabr ayının 1-dən etibarən ay sonuna kimi PhinTokyo Plaza mağazasında nümayiş olundu. Bu sərgi, iştirakçıların yaradıcılıq potensialını və öyrənmə bacarıqlarını ön plana çıxarmaq məqsədini daşıyırdı.
  33. Dekabr ayının 15-i YaponAz və TryTree Yaponiya şirkətinin birgə əməkdaşlığı ilə yapon dili tərcüməçiləri üçün saytın açılış mərasimi keçirildi. Tədbirdə 20-dən çox yapon dili tərcüməçisi iştirak etmiş, saytın təqdim etmə mərasimi keçirilmişdir.
  34. Dekabr ayının 23-ü YaponAzda“İlin Ən Aktiv Tələbələri” üzrə mükafatlandırma mərasimi keçirilmişdir. Mərasimdə tələbələrimizə sertifikat və hədiyyə verilmişdir.
  35. 25 dekabr tarixində YaponAz Yapon Dili Mərkəzinin il sonu qonağı Taiki Yoşimura müəllim olmuşdur. Taiki müəllim hər zamankı kimi maraqlı və əyləncəli dərs prosesi ilə tələbələrimizin marağını qazandı. Bu dəfəki mövzu isə Yaponiya-Azərbaycanda il sonu keçirilən mədəniyyətlər və adət-ənənələr idi. Dərs müddətində müəllim müxtəlif interaktiv oyunlar və müzakirələr təşkil edərək tələbələrin iştirakını artırdı, bu da dərsi daha da əyləncəli və maraqlı etdi.
  36. 27 dekabr tarixində YaponAzda Yeni il Şənliyi keçirilmişdir. Şənlikdə YaponAz heyəti iştirak etmişdir.

2024-cü il:

  1. Fevral ayının 14-ü Yapon.Az Yapon Dili və Mədəniyyəti Mərkəzi, The Secret Business Academy-nin təşkilati dəstəyi ilə “Yaponiyada iş imkanları” təlimi keçirilib. Təlimi birbaşa olaraq Yaponiyanın məşhur HR şirkəti olan Green Ocean şirkətinin rəhbəri, cənab Taiçi Matsui aparıb.
  2. Fevral ayının 24-ü YaponAz Yapon Dili və Mədəniyyəti Mərkəzinin təşkilatçılığı ilə “Sakura” qabları masterklası keçirilmişdir. Müəllimə və tələbə heyəti birlikdə asudə vaxtlarını dəyərləndirərək özlərinə məxsus sakura əl işlərini hazırladılar.
  3. Mart ayının 8-i Yamato Universitetinin müəllimi, həmçinin jurnalist cənab Masaaki Sasaki və Maki sensei ilə birlikdə yapon dili danışıq dərsi keçirilib.
  4. Tələbəmiz Nigar Əlizadə “Elmi-tədqiqat üzrə 2024-cü il Yaponiya Dövlət Təqaüd proqramı”nın qalibi olmuş, Səfir Vatanabe Katsuyanın qəbulunda olmuşdur.
  5. Aprel ayından etibarən hər həftənin bazar günü onlayn olaraq moderator cənab Kavabuçi ilə yapon dili danışıq dərsi keçirilir.
  6. Aprel ayının 21-i Bakı Yapon Dili Natiqlik Müsabiqəsinin qalibləri olmuş YaponAz tələbələri Tamrida Rza və Kamilə Muradxanlı yapon dilində yazdıqları “Müharibə və Sülh” inşası ilə Yaponiyaya iki həftəlik səyahət qazandılar.
  7. Aprel ayının 25-i yapon Youtuber qonaqlarımız olan Kuniaki Emoto və Midori İnaqava ilə açıq havada yapon dili danışıq dərsi keçirilib.
  8. İyun ayının 13-ü Yaponiya Səfirliyinin diplomatları, Mədəniyyət və Məlumat şöbəsinin əməkdaşları Yapon.Az Yapon Dili kursunun fəaliyyəti ilə yaxından tanış olmaq üçün mərkəzdə olmuş, müəllimlər ilə birlikdə 2014-cü ildən bəri fəaliyyət göstərən kurs barəsində ətraflı görüş keçirilib. 
  9. İyul ayının 11-i YaponAz tələbələrinin yapon dilini sürətlə öyrənməsi və inkişafı üçün xanım Keiko Amada öz şəxsi kitabxanasını (100-dən çox kitab) kursumuza bağışlayıb.
  10. Iyul ayının 21-i Yaponiyanın Azərbaycandakı Səfirliyinin təşkilatçılığı ilə yapon dili öyrənənlər üçün “Yapon yelpikləri hazırlayaq” adlı tədbir keçirilib. YaponAz tələbələri və müəllim heyəti də tədbirdə iştirak etmişdir.ı
  11. Iyul ayının 23-ü və 24-ü YaponAz-ın təşkilatçılığı ilə yapon dilinə yeni başlayanlar üçün onlayn Fundamental Yapon Dili seminarı keçirilib.
  12. Avqustun 13-ü və 14-ü YaponAz-ın təşkilatçılığı ilə Yaponiyanın Proud Partners HR şirkətinin təşəbbüsü sayəsində “Monogatari” Restoran Şəbəkəsinin Bakıda həm seminarı, həm də intervyusu keçirilib.
  13. Sentyabrın 26-da YaponAz Yapon dili və Mədəniyyəti Mərkəzi və Yaponiya Səfirliyinin birgə təşkilatçılığı ilə cənab Kazuki Hiquçinin təqdimatında ‘Yaponiya prefekturaları’ mövzusunda seminar keçirilib.
  14. Dekabr ayının 9-u YaponAz-ın qonağı dəyərli müəllim, professor Taiki Yoşimura oldu. Azərbaycan dili üzrə apardığı tədqiqatlarla tanınmış müəllim, yapon dilində tələbələrimizə müxtəlif bölgələrin sözlərini və aksentini öyrətməklə yanaşı, Azərbaycan-türk-yapon dilləri arasında oxşar və fərqli cəhətləri izah etmişdir.

2023-cü il:

  1. Fevral ayının 19-u yaponaz-ın təşkilatçılığı, The Secret Business Academy-nin dəstəyi ilə yapon şirniyyatlarını Bakıda satışını və təqdimatını keçirən “Japanaz”-ın rəhbəri Azuma san ilə “Yapon şirniyyatları” adlı yapon dilində danışıq dərsi keçirilib.
  2. Fevral ayının 23-ü yapon.az yapon dili kursu Yaponiyanın Azərbaycan Respublikasındakı səfirliyinin dəvəti ilə Imperatorun Ad Günü tədbirində iştirak edib.
  3. yapon.az yapon dili kursunun müəllim və tələbə heyəti hər ay Yaponiyanın Azərbaycan Respublikasındakı səfirliyinin təşkilatçılığı ilə keçirilən“Yapon dili danışıq” dərsində iştirak edir.
  4. Mart ayının 22-si yaponaz-ın təşkilatçılığı, The Secret Business Academy-nin dəstəyi ilə tələbələrin yapon dilində dinləmə qabiliyyətlərinin artırılması üçün “Yapon film günü” keçirilib.
  5. Aprel ayının 9-u Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyinin və yaponaz yapon dili kursunun birgə təşkilatçılığı ilə cənab səfir Vada Cüniçinin təqdimatında “Siz, Yaponiyanı sevirsiniz?” seminarı keçirilmişdir.
  6. Aprel ayının 11-i yaponaz yapon dili kursunun təşkilatçılığı, The Secret Business Academynin dəstəyi ilə xanım Reiko Vada ilə yapon dilində danışıq dərsi təşkil olunub.
  7. Aprel ayının 16-sı yaponaz yapon dili kursunun təşkilatçılığı, The Secret Business Academy-nin dəstəyi ilə xanım Azumanın təqdimatında “Yaponiyada yaz-payız festivalları” adlı danışıq dərsi keçirilmişdir.
  8. May ayının 13-ü Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyinin, yaponaz yapon dili kursunun birgə təşkilatçılığı ilə ADA universitetində “Yaponiya Səfirin Saatı” tədbiri keçirilmişdir.
  9. Iyun ayının 10-u Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyinin, yaponaz yapon dili kursunun birgə təşkilatçılığı ilə UNEC-də (Azərbaycan Dövlət İqtisad Universiteti) “Yaponiya Səfirin Saatı” tədbiri keçirilmişdir.
  10. İyun ayının 17-si ADA Universitetinin Sakura klubunun və yapon.az yapon dili kursunun birgə təşkilatçılığı ilə təlimçi Gülşən Cabbarlı tərəfindən “Niyə yapon dili öyrənək?!” adlı seminar keçirilmişdir.
  11. Avqust ayının 10-u Yaponiya Səfirliyinin diplomatları cənab Ono Taiçi, Hiquçi Kazuki və xanım Günel Yuzbaşova Yapon.Az Yapon Dili kursunun fəaliyyəti ilə yaxından tanış olmaq üçün mərkəzdə olmuş, müəllimlər ilə birlikdə 2014-cü ildən bəri fəaliyyət göstərən kurs barəsində ətraflı görüş keçirilib. 
  12. Sentyabr ayının 24-ü yaponaz yapon dili kursunun təşkilatçılığı, The Secret Business Academy-nin dəstəyi ilə cənab İtou Hiromiçi təqdimatında “Yapon dilinin yolu” adlı danışıq dərsi keçirilmişdir.
  13. Oktyabr ayının 5-i Yaponiyanın Azərbaycandakı səfiri, cənab Vada Cuniçi Yapon.Az Yapon Dili Kursunun fəaliyyəti ilə yaxından tanış olmaq kursumuzun qonağı olmuşdur. 
  14. yapon.az-ın əməkdar müəllimi, aktiv üzvü, həmçinin məşhur məqalələrin müəllifi Xəyalə Əlizadə Yaponiya jurnalında!  Xəyalə xanım hər il Azərbaycanda məcburi köçkün və qaçqın ailələrinə eynək paylaşımı edərək humanitar missiyanı icra edən Fuci Optikal (eng. Fuji Optical) şirkətinin yapon dili tərcüməçilərindən biri olmuşdur.
  15. Oktyabr ayının 29-u Yaponiyanın Azərbaycandakı Səfirliyinin və Gənclik Mall Ticarət Mərkəzinin təşkilatçılığı ilə keçirilmiş “Şişimai” tədbirində Yapon.Az olaraq çıxışımız olmuşdur. 
  16. Noyabr ayının 2-si Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyinin səfiri cənab Vada Cuniçi və “Proud Partners” şirkətinin rəhbəri cənab Ryuuci Suzuki, Yaponiya Səfirliyinin diplomatları cənab Hiquçi Kazuki və xanım Günel Yuzbaşova Yapon.Az Yapon Dili Mərkəzinin qonağı olmuşdur.
  17. Noyabr ayının 4-ü yapon.az-ın aktiv üzvləri RIZIN yarışında!Hər zaman daim aktiv fəaliyyətləri ilə seçilən üzvlərimiz yarışda da aktiv iştirak edərək yapon idmançılar və qonaqlara köməklik göstərmişdilər.
  18. Noyabr ayının 18-i, bu il sayca 22-ci Bakı Yapon Dili Natiqlik Müsabiqəsinin qalibi Kamilə Muradxanlı oldu. O, yapon dilini aşağı səviyyədən yuxarı səviyyə kimi Yapon.Az yapon dili kursunda öyrənmiş, həmçinin inşanı özü yazıb hazırlaşaraq Birinci yerin qalibi olmuşdur. 
  19. Dekabr ayının 16-sı Yapon.Az-ın təşkilatçılığı, The Secret Business Academynin dəstəyilə Yaponiyanın məşhur kaliqrafı xanım Kuniyo Tasaka tərəfindən “Şodo sənəti” adlı masterklası keçirilmişdir.
  20. Dekabr ayının 17-si Yaponiyanın Azərbaycandakı Səfirliyinin təşkilatçılığı ilə keçirilmiş Yaponiya Mədəniyyət və Budo Festivalında Yapon.Az Yapon Dili və Mədəniyyət Mərkəzi olaraq həm səhnə performansı göstərərək, həm də könüllü olaraq fəal iştirak etdik.

Qeydiyyat üçün :

  • +994 50 503 74 80 (vatsapla)
  • yaponaz2014@gmail.com

One response to “YaponAz yapon dili kursu”

Bir şərh yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.