Yapon dilində ən çox edilən səhvlər (1)


Yapon dili öyrənənlərin yapon dilində danışarkən ən çox etdiyi səhvləri və yaponlar tərəfindən edilən düzəlişləri bilmək istəyirsinizsə posta keçid edin. Dəftər, qələmi unutmayın.

  • お湯「おゆ」isti su

❌温かい水 「あたたかいみず」və ya 熱い水「あついみず」demək yanlışdır.

温まった水「あたたまったみず」”isidilmiş su” onsuzda お湯 “isti su” olur.

  • パニックになる təşvişə düşmək

 ❌Ən çox edilən səhvlərdən biri : パニックする 

Bu söz ya なる feili, ya da 起こす feili ilə birlikdə işlənir.

✅パニックになる
✅パニックになっている
✅パニックになった

✅パニックを起こす 「パニックをおこす」
✅パニックを起こしている
✅パニックを起こした

  • 切符「きっぷ」bilet

Bəs チケット nə zaman istifadə olunur ?

電車「でんしゃ」、地下鉄「ちかてつ」olanda yaponlar daha çox 切符「きっぷ」sözünü istifadə edir.
コンサート映画「えいが」、飛行機「ひこうき」olanda isə チケット sözünü istifadə edir.

  • 学ぶ「まなぶ」öyrənmək.

学ぶ「まなぶ」kitabdan, hər hansı bir materialı istifadə edərək öyrənmək.

習う「ならう」kimdənsə nəsə öyrənmək. Şəxsin olması vacibdir.

  •  私は太い deməyin!

❌食べ過ぎて太くなる 「たべすぎてふとくなる」”xeyli yedim kökələcəm“、私は太い「わたしはふとい」”mən kökəm” bu cür deyilmir.

✅食べ過ぎて太る「たべすぎてふとる」 “xeyli yedim kökələcəm“、私は太っている「わたしはふとっている」“mən kökəm” bu cür deyilir.

Qeyd. Tərcümələr hərfi tərcümə deyil. Maksimum dilimizə yaxın mənalar götürülüb.

Müəllif : Gülşən Cabbarlı


Maraqlı və faydalı dərslər üçün yaponazyapondili.com saytını daim yeniləməyi, həmçinin dəstək olmağı unutmayın.

Bir şərh yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.