Yaponiyada gündəlik həyatda rastlaşdığınız və ya rastlaşacağınız, mənalarını bilmək istədiyiniz sözlərin izahını burada tapa bilərsiniz:
1. レジ停止中

İzahı:
Kassa hal-hazırda fəaliyyət göstərmir: レジ停止中 [れじていしちゅう]
このレジは、いま使うことができないので、ほかのレジを使おう! İndi bu kassa işləmədiyi üçün başqa kassaya yaxınlaşın.
2. 安全第一

İzahı:
İlk öncə təhlükəsizlik 安全第一[あんぜんだいいち]
…安全を一番に考えよう!İlk başda təhlükəsizliyi düşünək!
3. 座り込み禁止

İzahı:
Oturmaq qadağandır 座り込み禁止 [すわりこみきんし]
….すわってはいけません。Oturmaq olmaz.
Yemək qadağandır 飲食禁止 [いんしょくきんし]
…食べたり、飲んだりしてはいけません。Yemək, içmək olmaz.
4. 指定席

İzahı:
Rezervasiya olunmuş oturacaq 指定席/していせき
…座る人が決まっている席 Oturacaq şəxsin seçdiyi yer.
決まっていない席は、自由席!Seçilməyən yerlər boşdur. (Kim istəsə əyləşə bilər)
5. 自動扉

İzahı:
Toxunun zəhmət olmasa ふれてください
Yadda saxla: さわってください sinonimidir.
Avtomatik qapı 自動扉 [じどうとびら]
Qeyd. Tərcümələr hərfi tərcümə deyil. Maksimum dilimizə yaxın mənalar götürülüb.
Müəllif : Gülşən Cabbarlı


Bir şərh yazın