Məbəddə olan qurbağa heykəlin üstündəki heroqlifin mənası nədir ? Yapon əfsanələrində, nağıllarında demək olar ki, tez-tez rastlaşdığımız qurbağa ilə nə əlaqəsi var?
İlk öncə şəkilə baxaq və heroqlifi oxumağa çalışaq:


Yapon dilində “qurbağa” nə deməkdir?
蛙 [かえる] qurbağa 🐸
Çox vaxt yapon dilində heyvanların adlarını katakana əlifbası ilə yazılmasını görə bilərsiniz. Qurbağa sözü də bu cür カエル yazılacaq.Bəs bu söz, sizə hansı sözü xatırlatdı?
Təbii ki, “geri dönmək“, “qayıtmaq” mənasında işlənən 帰る [かえる] sözünü, elə deyil ?!
İndi isə heroqlifi oxuyaq:
無事 [ぶじ] təhlükəsizlik, sülh, sakitlik
Birləşdirəndə nə mənaya gəldi ?
無事カエル⤵️
無事に帰りますように sağ-salamat qayıtmağını diləyirəm.
寺(てら)に石(いし)のカエルの像(ぞう)がありました。
胸(むね)には「無事(ぶじ)」と書(か)いてあります。
「無事カエル」無事に帰(かえ)りますように!
象 [ぞう] heykəl , 胸 [むね] sinə
Qeyd. Tərcümələr hərfi tərcümə deyil. Maksimum dilimizə yaxın mənalar götürülüb.
Müəllif : Gülşən Cabbarlı


Bir şərh yazın