Günün hansı yeməyini xoşlayırsınız ? Səhər, günorta yoxsa axşam yeməyini ? Qidalanma rejimlərini yapon dilində necə deyə bilərik ? Gəlin, söz siyahısına birlikdə baxaq:

- 食べ物 [たべもの] qida
- 食事 [しょくじ] yemək
- 朝食 [ちょうしょく] və ya 朝ごはん [あさごはん] səhər yeməyi
- おやつ məzə
- 昼食 [ちゅうしょく] və ya 昼ごはん [ひるごはん] günorta yeməyi
- 夕食 [ゆうしょく] , 夕ご飯 [ゆうごはん] , 夕飯 [ゆうはん], 晩ごはん [ばんごはん] axşam yeməyi
- 軽食 [けいしょく] yüngül, əl üstü yemək
- 夜食 [やしょく] gecə saatlarında qəlyanaltı
- 間食 [かんしょく] yemək arasında nəsə atışdırıb yemək
Qeyd. Tərcümələr hərfi tərcümə deyil. Maksimum dilimizə yaxın mənalar götürülüb.
Müəllif : Gülşən Cabbarlı


Bir şərh yazın