Bu səhifədə YaponAz-ın 2026-cı ildə təşkil etdiyi tədbirlər, iştirak etdiyi festivallar, seminarlar və digər fəaliyyətlər haqqında məlumatlarla tanış ola bilərsiniz.
Avqust.

Avqust ayının 8-i YaponAz Yapon Dili Mərkəzi və Sakura Yapon Dili Kursunun əməkdaşlığı ilə Sugiya ailəsi və cüdo ustası Kotaro Sasaki ilə maraqlı görüş keçirdik.
Tələbələrimiz oriqami, cüdo və şodo ilə tanış oldular, sonda isə birlikdə Karuta oynadılar.
Həmçinin Sugiya iləsi YaponAz Yapon Dili Mərkəzimizə gələrək, fəaliyyətimizlə yaxından tanış oldular.





















İyul.

Iyul ayının 26-sı YaponAz təşkilatçılığı, Try Azerbaijan-ın “Yapon dili bilən tərcüməçi və bələdçilər üçün Seminar və Müsahibə” uğurla baş tutdu.
Tədbirdə iştirakçılar Try Azerbaijan-ın fəaliyyəti və layihələri ilə tanış oldular, yapon turistlərlə peşəkar işləməyin əsas prinsipləri haqqında seminar dinlədilər və tərcüməçi, bələdçi kimi fəaliyyət göstərmək istəyən namizədlər müsahibədə iştirak etdilər.







İyul tarixində YaponAz Yapon Dili Mərkəzinin təşkilatçılığı, Haruto müəllimin iştirakı ilə maraqlı və interaktiv danışıq dərsləri keçirildi. Dərslər zamanı tələbələr yapon dilində ünsiyyət bacarıqlarını inkişaf etdirməklə yanaşı, Yaponiyanın ənənəvi mədəniyyəti ilə də yaxından tanış oldular. İştirakçılar diqqət və çeviklik tələb edən ənənəvi karuta kart oyununu oynadılar, həmçinin şodo, yapon xəttatlığı ilə məşğul olaraq yapon heroqliflərini fırça ilə yazmağı təcrübədən keçirdilər.


















10 iyul tarixində YaponAz tərəfindən Yaponiyada artıq 12 ildir yaşayan, Yaponiyada ali təhsil almış və hazırda böyük bir şirkətdə menecer vəzifəsində çalışan Qabil Əliyevin təqdimatında “Yaponiyada iş və təhsil” mövzusunda seminar keçirilmişdir.
Bu görüş Yaponiyada təhsil almaq və karyera qurmaq istəyənlər üçün faydalı və motivasiyaedici oldu.





İyun.
28 iyun tarixində YaponAz AnimeFestdə öz rəngarəng stendi ilə iştirak edərək ziyarətçilərə Yaponiya mədəniyyətini yaxından tanımaq imkanı yaratdı.
Ziyarətçilər şodo (Yapon xəttatlığı) sənəti ilə tanış oldular, yukata geyinərək xatirə şəkilləri çəkdirdilər, origami hazırladılar və Yaponiyadan müxtəlif məhsulləri əldə etdilər..











21 iyun tarixində JLPT imtahanından əvvəl YaponAz tərəfindən N5–N2 səviyyələri üzrə JLPT sınaq imtahanı uğurla keçirilmişdir.
Sınaq imtahanının məqsədi iştirakçıların real imtahan mühitini təcrübədən keçirməsi, bilik səviyyələrini qiymətləndirməsi və imtahana daha hazırlıqlı şəkildə qatılmasına dəstək olmaq idi.









İTV kanalında (Ictimai TV) yaponların Azərbaycana vizasız səfəri ilə bağlı müzakirələrdə iştirak etdik. YaponAz olaraq inanırıq ki, Azərbaycan və Yaponiya arasında əlaqələrin daha da güclənməsi tələbə mübadiləsinin, yapon dili təhsilinin və qarşılıqlı mədəni tanışlığın inkişafına mühüm töhfə verəcək.
Link burada:



4 iyun tarixində YaponAz və Anifan əməkdaşlığı çərçivəsində anime və Yaponiya mədəniyyəti sevərləri üçün xüsusi bir tədbir təşkil olundu. Tədbir zamanı dünya şöhrətli rejissor Hayao Miyazakinin ən təsirli və düşündürücü əsərlərindən biri olan “The Boy and The Heron” anime filmi nümayiş etdirildi.






May.
9 may tarixində YaponAz və PhinTokyo əməkdaşlığı çərçivəsində, PhinTokyo Azerbaijan tərəfindən təşkil olunan Yaponiya Festivalında YaponAz-ın müəllim heyəti fəal iştirak etmişdir. Tədbir zamanı qonaqlara yapon dili və Yapon mədəniyyəti haqqında məlumat verilmiş, interaktiv fəaliyyətlər vasitəsilə iştirakçılara yapon dili ilə yaxından tanış olmaq imkanı yaradılmışdır.






7 may tarixində YaponAz-da unudulmaz karaoke günü! Bu dəfə tələbələrimiz yapon müğənni Naoki Sakuraba ilə birlikdə yapon mahnıları oxuyaraq həm dillərini inkişaf etdirdi, həm də Yaponiya atmosferini birbaşa hiss etdi.

Aprel.
13 aprel tarixində Sumqayıt FK-nın yaponiyalı peşəkar futbolçusu Masaki Murata ilə təşkil etdiyimiz xüsusi görüş uğurla həyata keçirildi. Tədbir çərçivəsində iştirakçılar Masaki Muratanın peşəkar karyera yolu və beynəlxalq təcrübəsi ilə yaxından tanış oldular.







5 aprel tarixində Nizami Kino Mərkəzində keçirilən Sakura Fest-də YaponAz komandası olaraq iştirak etdik. Ziyarətçilərə Yapon dili və mədəniyyəti haqqında məlumat verdik. Qonaqlara yukata geyindirərək yapon atmosferini yaşatdıq. Adları yapon dilində yazaraq iştirakçılara xüsusi xatirələr bəxş etdik. YaponAz olaraq məqsədimiz yalnız dil öyrətmək deyil , eyni zamanda Azərbaycan ilə Yaponiya arasında mədəni körpü qurmaqdır.





Mart.
Mart ayının 16-sı YaponAz tələbələrinin onlayn olaraq Ayumi senseilə danışıq dərsi keçirilmişdir. Ayumi sensei təcrübəli yapon dili müəllimi olmaqla yanaşı, tələbələrin danışıq bacarıqlarını inkişaf etdirməsi üçün fərqli metodikası ilə seçilir.



Mart ayının 14-ü YaponAzda keçirilən “FEEL度 WALK” layihəsinin mart görüşü çox maraqlı və yaradıcı atmosferdə keçdi. İştirakçılar Maki sensei ilə birlikdə yavaş gəzinti edərək şəhərə fərqli baxış bucağından baxmağı təcrübə etdilər. Daha sonra seçilən fotolar “Çizu” illüstrasiyasına çevrilərək iştirakçıların öz baxış bucağı və yaradıcılığı ilə ifadə olundu.






Tədbirdən sonra müəllimlərimizin “Yapon dili tədrisində yeni metodikalar” mövzusunda müzakirəsi keçirilmişdir.




Mart ayının 9-u cənab Manosanla birlikdə keçirdiyimiz görüşdə 10-dan çox üzvümüz fəal iştirak etdi. İştirakçılar həm yaponca danışıq məşqi etdilər, həm də maraqlı oyunlar və interaktiv fəaliyyətlər vasitəsilə dili daha rahat istifadə etməyə çalışdılar.






Fevral.

22 fevral tarixində YaponAzın təşkilatçılığı ilə fərqli formatda yapon dili danışıq dərsi keçirildi. Tələbələrimiz yapon qonağımız Anna xanımla maraqlı və əyləncəli oyunlar vasitəsilə yapon dilində ünsiyyət quraraq praktik danışıq bacarıqlarını inkişaf etdirdilər.





Yaponiya Hökuməti Təqaüd Proqramı (MEXT) çərçivəsində təhsil almış məzunları bir araya gətirən bu nüfuzlu resepsiyada YaponAz Mərkəzinin rəhbəri Gülşən Cabbarlı və meneceri Gülşən Ağayeva İsmayılzadə iştirak etmişdir.

Fevral ayının 20-si YaponAz komandası olaraq Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyinin dəvətilə Yaponiyanın İmperatoru Naruhitonun doğum gününü qeyd etdik. Fairmont oteldə təşkil olunan bu möhtəşəm ziyafətdə YaponAz olaraq iştirak etmək bizim üçün böyük şərəf idi.



Yanvar.

Yanvar ayının 30-u Yaponiya Səfirliyinin iqamətgahında yapon dili müəllimi Esmira Məmmədovaya Yaponiyanın “Gümüş Şəfəqli Gündoğar Ordeni”nin təqdim olunması mərasimində YaponAzın rəhbəri Gülşən Cabbarlı iştirak etmişdir.


Yanvar ayının 21-i “Maki senseilə gəzərək öyrən” layihəsinin dəstəkçisi olmuşuq və bu proqram, Yapon Fondunun (Japan Foundation) paylaşımında xüsusi yer verilib. Həmçinin Azərbaycandakı Yaponiya və yapon dili təhsili ilə bağlı sənəddə YaponAz haqqında məlumat verilib.







Yanvar ayının 11-i YaponAz Yapon Dili Mərkəzində “Rəngarəng origami” günü təlimçi Nuray Rəsulzadə tərəfindən keçirilmişdir. Təlimdə YaponAz fəalları iştirak etmiş, bir-birindən maraqlı fiqurlar düzəltmişdir.





Yanvarın 6-da YaponAz Yapon Dili Mərkəzində maraqlı bir görüş baş tutdu. ADA Universitetinin yapon tələbəsi Togaşi Vataru ilə Yaponiyada təhsil, Azərbaycandakı tələbə həyatı və mədəni fərqlər barədə səmimi söhbət etdik.



Yanvar ayının 1-i Mərkəzimizin qonaqları Yaponiyadan olan diş həkimləri Umetsu Tokuhiro və Mano Akihisa oldular. Görüş zamanı Yaponiyada təhsil və peşəkar həyat, səhiyyə sahəsində yanaşmalar, həmçinin Yaponiya–Azərbaycan mədəni əlaqələri ətrafında maraqlı müzakirələr aparıldı.






